Icma.az
close
up
RU
ABŞ siyasətində böhran: Trampın milyarder dostu ona qarşı partiya yaradır

ABŞ siyasətində böhran: Trampın milyarder dostu ona qarşı partiya yaradır

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Amerika Birləşmiş Ştatları prezidentinin baş müşaviri, sahibkar İlon Mask yeni Amerika siyasi partiyasını qeydiyyatdan keçirmək üçün ABŞ Federal Seçki Komissiyasına (FEC) müraciət edib. Onun bu addımı izləyiciləri tərəfindən də müsbət qarşılanıb.

Nəzərə alsaq ki, Amerika Birləşmiş Ştatlarında seçkilər iki partiya arasında keçirilir, bəs belə olan halda, yeni partiya ABŞ daxili və xarici siyasətində hansı nəticələrlə yadda qala bilər? Bu addımın məqsədi nədir və formalaşmış sistemə hər hansısa şəkildə təsir edə bilərmi?

Oxu.Az mövzunu yerli və xarici ekspertlərlə araşdırıb.

Sabiq ABŞ-li diplomat, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın sözlərinə görə İlon Maskın məqsədi özünün də dediyi kimi dostu Prezident Donald Trampın ABŞ-nin xarici borclarının artmasına səbəb olan siyasətinə meydan oxumaqdır:

"Maraqlıdır ki, Trampın prezident seçkilərində qalib gəlməsinə kömək etmək üçün Mask 250 milyon dollardan çox pul xərcləmişdi. Son günlərə qədər də onun yaxın dostu və müttəfiqi idi. Lakin onlar prezidentin zəngin insanlar üçün vergilərin artırılması qanununu imzalamasından sonra fikir ayrılığına düşüblər. Amma bu, o demək deyil ki, ABŞ-də yeni siyasi partiya yaratmaq asandır, əksinə, bir çoxları buna cəhd etsə də, uğursuz olublar".

"Ölkə yarandığı gündən həmişə iqtidar uğrunda iki əsas siyasi partiya mübarizə aparıb. Bu baxımdan, Maskın uğur qazanmaq ehtimalı azdır. Lakin əksi olarsa, onun seçiciləri əsasən, prezident Trampın tərəfdarlarından olacaq. Çünki Mask Demokratlar Partiyasının fəaliyyətinə qarşıdır və ABŞ hökumətinin dövlət xərclərini azaltmaqla bağlı Respublikaçılar Partiyasının siyasətini dəstəkləyir", - deyə müsahibimiz vurğulayıb.

Türkiyəli analitik Engin Özerin sözlərinə görə, Amerika Birləşmiş Ştatlarında cəmi iki siyasi partiya mübarizə apardığı üçün seçkilərdə hər zaman bir partiya digərinə nisbətdə az səs çoxluğu ilə qalib gəlir:

"Bu baxımdan, İlon Maskın partiyası əsasən Türkiyədəki MHP rolunu oynaya bilər. Yəni demokratlar və respublikaçıların mübarizəsində hər iki tərəf 50 faizə yaxın, müəyyən qədər də Amerika partiyası səs toplayacaq. Bununla da qalibi müəyyənləşdirmək üçün növbəti tura ehtiyac olacaq. Növbəti mərhələdə isə bir növ nəticəni İlon Mask təyin edəcək".

"Maraqlıdır ki, Mask hər zaman qlobalist siyasətə yaxın olub, lakin qəfildən respublikaçı kimi Tramp hökumətinə daxil oldu. Ola bilər ki, növbəti prezident seçkisində o, ya koalisiya ilə ABŞ-nin vitse-prezidenti olacaq, ya da ki, öz partiyasında və ya müstəqil şəkildə prezidentliyə namizədliyini irəli sürəcək. Bu isə o deməkdir ki, bundan sonra İlon Maskı mühüm şəxs kimi Amerika siyasətində və dövlət idarəetməsində görə biləcəyik", - deyə şərhçi vurğulayıb.

Siyasi şərhçi Zeynal Əmrəliyevin də Amerika Birləşmiş Ştatlarında bundan əvvəl də ikipartiyalı sistemə qarşı müxtəlif siyasi partiyaların təsis olunduğunu, ancaq uğursuzluqla yadda qaldığını deyib:

"Yəni Amerikanın iqtisadi-siyasi elitası əsas iki partiyanın ətrafında cəmləşib. Lakin əlavə siyasi partiyalar ABŞ-də ciddi şəkildə böhranın yaranmasına gətirib çıxarmır. Əslində, indi də Birləşmiş Ştatlarda yaşıllar, liberallar, leyboristlər kimi müxtəlif siyasi qruplar fəaliyyət göstərirlər. Lakin onlar heç yerli seçkilərdə uğur qazana bilmirlər, o ki qaldı prezident seçkisində. Çünki ABŞ-nin siyasi sistemi məhz iki partiyanın üzərində formalaşıb. Bu baxımdan, İlon Maskın yeni siyasi partiya yaratmasının hansısa bir təsirə malik olacağını düşünmürəm. Hər halda, Amerika Birləşmiş Ştatlarında mövcud siyasi sistemin əsas dayağı olan qruplar Maskın bu təşəbbüsünün qarşısını alacaqlar".

"Amerikanın xarici siyasəti və digər regional münasibətlərə yeni partiyanın yaranmasının necə təsir göstərəcəyinə gəlincə, bu, qısa müddətdə ölkədə siyasi böhran görüntüsü yarada bilər. Çünki nəzərə almaq lazımdır ki, bu təşəbbüslə çıxış edən şəxs dünyanın ən zəngin adamıdır və kifayət qədər ciddi maliyyə kapitalına malikdir. Ancaq biz onu da nəzərə almalıyıq ki, nə qədər ciddi maliyyə dəstəyi olsa da, İlon Maskın ciddi siyasi dəstəyi yoxdur və həmin siyasi dəstəyin olmaması da bu kimi məsələlərdə ona ciddi şəkildə problem yaradacaq. Bu baxımdan istər daxili, istərsə də xarici siyasətlə bağlı məsələlərdə onun yaradacağı partiyanın hansısa təzyiq formalaşdıracağını düşünmürəm", - şərhçi vurğulayıb.

Onun sözlərinə görə, Maskın bu addımı yalnız iqtisadi məsələlər ilə bağlı müəyyən çətinliklər yarada bilər:

"Yəni, yeni siyasi partiyanın yaradılması və İlan Maska qarşı atılacaq addımlar Amerika Birləşmiş Ştatlarının səhm bazarında ciddi şəkildə təlatüm yarada bilər. Ancaq ümumilikdə siyasi və beynəlxalq münasibətlər sistemində hansısa bir təsirin olacağını gözləmirəm".

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 İyul 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see202

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see181

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see157

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see145

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see130

Biz bütün dövrlərdə dilimizi qorumuşuq Prezident

05 Yanvar 2026 23:40see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri