Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

8 Noyabr Zəfər Günü: dondurulmuş münaqişədən tarixi Qələbəyə ŞƏRH

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Trampın Ukrayna siyasətində dönüş

Trampın Ukrayna siyasətində dönüş

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Vaşinqtonun dəyişən mövqeyi Avropada narahatlığa səbəb olub

Rusiya-Ukrayna müharibəsi davam etdikcə, Qərb daxilində münaqişəyə yeni siyasi və strateji yanaşmalar formalaşmağa başlayır. Xüsusilə ABŞ lideri Donald Trampın Ukrayna məsələsinə baxışı həm Avropa paytaxtlarında, həm də Kiyevdə ciddi müzakirə mövzusuna çevrilir. Son günlər Tramp administrasiyasının diqqətini yenidən Ukraynaya yönəltməsi xəbərləri yayılsa da, Ukraynanın müttəfiqləri bunu ehtiyatla qarşılayırlar. Əsas səbəb isə Trampın Rusiyaya münasibətdə sərt təzyiq siyasətini davam etdirmək niyyətində olub-olmaması ilə bağlı qeyri-müəyyənlikdir.

Avropa dövlətləri və Ukrayna rəhbərliyi Vaşinqtonun Moskva üzərində təzyiqi artırmasını, yeni sanksiyalar tətbiq etməsini və hərbi dəstəyi genişləndirməsini istəyirlər. Lakin Trampın son bir ildə verdiyi bəyanatlar və nümayiş etdirdiyi siyasi xətt göstərir ki, o, müharibəyə əvvəlki administrasiyalardan fərqli prizmadan yanaşır. Məhz buna görə bir vaxtlar Ukraynaya hərbi yardım paketlərini dəstəkləyən və Rusiyanın hərbi əməliyyatlarını tənqid edən Trampın niyə mövqeyini dəyişdiyi sualı beynəlxalq siyasətin əsas müzakirə mövzularından birinə çevrilib.

Ümumən Donald Trampın Ukrayna məsələsindəki mövqeyini anlamaq üçün onun xarici siyasət fəlsəfəsinə nəzər salmaq lazımdır. Tramp uzun illərdir ki, ABŞ-ın qlobal öhdəliklərinin həddindən artıq genişləndiyini və bunun Amerika vergiödəyicilərinə böyük maliyyə yükü yaratdığını iddia edir. Onun siyasi platformasının əsas sütunlarından biri hesab olunan “Amerika hər şeydən əvvəl” yanaşması Vaşinqtonun beynəlxalq münaqişələrə müdaxiləsinin minimuma endirilməsini nəzərdə tutur. O hesab edir ki, milyardlarla dollar vəsaitin xarici münaqişələrə yönəldilməsi ölkə daxilində iqtisadi və sosial problemlərin həllini arxa plana keçirir. Trampın seçici bazasının mühüm hissəsi məhz bu arqumenti dəstəkləyir. Ölkənin müxtəlif ştatlarında yaşayan milyonlarla seçici üçün Ukraynadakı müharibə gündəlik həyatlarına təsir edən prioritet məsələ deyil. Ona görə də Tramp Ukraynaya ayrılan yardımlara daha skeptik yanaşmağa başlayıb. Onun fikrincə, Avropa təhlükəsizliyinin əsas yükünü Avropa ölkələri daşımalı, ABŞ sonsuz maliyyə mənbəyi rolunu oynamamalıdır.

Qısa bir xatırlatma: hələ 2022-ci ildə müharibə başlayanda ABŞ siyasi elitasında Ukraynaya dəstək məsələsində nadir rast gəlinən konsensus mövcud idi. Həm demokratlar, həm də respublikaçıların böyük hissəsi Rusiyanın hərbi əməliyyatlarını beynəlxalq hüququn pozulması kimi qiymətləndirir, Kiyevə geniş yardım göstərilməsini dəstəkləyirdi. Lakin zaman keçdikcə, vəziyyət dəyişməyə başladı. Müharibənin sürətli qələbə ilə nəticələnəcəyi gözləntiləri özünü doğrultmadı. Ukraynanın 2023-cü ildə həyata keçirdiyi əks-hücum əməliyyatları gözlənilən nəticəni vermədi və cəbhə xətti əsasən sabit qaldı. Bu isə Vaşinqtonda yeni suallar yaratdı. Tramp məhz bu sualları siyasi gündəmin mərkəzinə gətirdi. O, müharibənin qeyri-müəyyən müddətə davam etməsinin nə Ukraynanın, nə Avropanın, nə də ABŞ-ın maraqlarına uyğun olduğunu bildirdi. ABŞ liderinin mövqeyi Ukraynada narahatlıq yaratdı. Çünki Kiyev hesab edir ki, hazırkı mərhələdə danışıqlar Rusiyanın işğal etdiyi ərazilərin legitimləşdirilməsi riskini daşıyır. Tramp isə əksinə, müharibənin uzanmasının insan və maliyyə itkilərini artırdığını vurğulayır.

Trampın Ukrayna məsələsinə ehtiyatlı yanaşması Avropa dövlətlərini daha aktiv mövqe tutmağa məcbur edir. Son aylar Fransa, Almaniya və Böyük Britaniya Ukraynaya dəstəyin davam etdirilməsi istiqamətində diplomatik fəallıqlarını artırıblar. Avropa liderləri yaxşı anlayırlar ki, ABŞ dəstəyinin azalması Ukraynanın müdafiə imkanlarına ciddi təsir göstərə bilər. ABŞ hərbi texnologiyalar, hava hücumundan müdafiə sistemləri və kəşfiyyat məlumatları baxımından Kiyevin əsas tərəfdaşı olaraq qalır. Bu səbəbdən Vaşinqtonun siyasətində baş verə biləcək hər hansı dəyişiklik bütün Avropa təhlükəsizlik sisteminə təsir göstərə bilər. Elə bu səbəbdən Avropa ölkələri Tramp administrasiyasını Rusiyaya qarşı daha sərt addımlara təşviq etməyə çalışırlar.

Yeri gəlmişkən, Qərbdə Ukraynaya dəstəyin gələcəyi ilə bağlı müzakirələrin gücləndiyi bir vaxtda Azərbaycan humanitar yardım siyasətini davam etdirir. Bakı müharibənin hərbi tərəfinə qoşulmadan, Ukraynanın enerji infrastrukturunun bərpasına dəstək göstərir. Azərbaycandan Ukraynaya yüzlərlə transformator, generator və milyonlarla metr elektrik kabeli göndərilib. Ölkəmizin həmin addımları Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunun tərkib hissəsi kimi qiymətləndirilir. Çünki bir tərəfdən Rusiya ilə münasibətlər qorunur, digər tərəfdən Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə olunur və humanitar yardım davam etdirilir.

Bundan başqa, Azərbaycan müharibədən əziyyət çəkən uşaqların reabilitasiya prosesində də aktiv iştirak edir. İki həftə öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə daha 30 ukraynalı uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunmaq məqsədilə Azərbaycana gətirilib. Bununla da Azərbaycanda reabilitasiya keçən ukraynalı uşaqların sayı 600-ü ötüb. 10 gün davam edən proqram çərçivəsində uşaqlar əvvəlcə Bakıda yerləşən düşərgədə qrup terapiyalarında, meditasiya və yoqa məşğələlərində, eləcə də müxtəlif psixososial təlimlər və ustad dərslərində iştirak ediblər.

Yusif BAĞIRZADƏ,
politoloq

ABŞ Prezidenti Donald Trampın Kiyevə əvvəlki kimi geniş dəstək verməkdən çəkilməsi, ehtiyatlı yanaşma sərgiləməsi bir sıra amillərlə bağlıdır və bunu sadəcə, Ukraynaya arxa çevirmək kimi qiymətləndirmək tam mənzərəni əks etdirmir. Trampın xarici siyasət yanaşmasının əsas xüsusiyyətlərindən biri ABŞ-ın maliyyə və hərbi resurslarının daha sərt şəkildə qiymətləndirilməsidir. O, uzun müddətdir ki, müttəfiqlərin təhlükəsizlik yükünü daha çox paylaşmalı olduğunu müdafiə edir. Ukraynaya ayrılan böyük həcmdə yardım paketləri də bu baxımdan ABŞ daxilində siyasi müzakirə mövzusuna çevrilib. Trampın tərəfdarları hesab edirlər ki, Vaşinqton öz daxili problemlərinə və digər qlobal prioritetlərinə daha çox diqqət yetirməlidir.

Digər mühüm amil isə müharibənin uzanmasıdır. Münaqişənin qısa müddətdə başa çatacağı gözləntilərinin reallaşmaması Ağ Evin siyasətində müəyyən yorğunluq yaradıb. Tramp daha çox danışıqlar yolu ilə nəticə əldə etməyə üstünlük verdiyini bildirir və bunu ABŞ-ın maraqlarını qoruyan yanaşma kimi təqdim edir. Lakin Avropa ölkələri və Ukraynanın digər tərəfdaşları hesab edirlər ki, Moskva üzərində maksimum təzyiq saxlanılmadan aparılan danışıqlar Rusiyanın mövqeyini gücləndirə bilər.

Odur ki, Trampın yanaşması daha çox məhdudlaşdırılmış dəstək və diplomatik təzyiq modelinə yaxın görünür. Bu siyasətin nəticəsi isə ABŞ-ın Rusiya ilə münasibətlərdə hansı strategiyanı seçəcəyindən və Avropanın təhlükəsizlik məsələlərində nə qədər məsuliyyət götürəcəyindən asılı olacaq.

Xatırladım ki, bu günlərdə Prezident Donald Tramp İran böhranının həllindən sonra diqqətləri Rusiya–Ukrayna müharibəsinə yönəldəcəyinə dair bəyanatla çıxış edib. Yaxın günlərdə Uitkoff və Kuşnerin Rusiyaya səfəri gözlənilir. Bu səfərdə əldə olacaq nəticələrdən sonra Ağ Ev adminstrasiyasının hansı addımlar atacağını daha aydın şəkildə görəcəyik.

Nəzrin ELDARQIZI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 İyun 2026 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see553

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see398

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see368

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see314

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see305

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see297

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see275

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see271

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see270

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see247

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see247

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see246

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see228

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see224

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see224

8 Noyabr Zəfər Günü: dondurulmuş münaqişədən tarixi Qələbəyə ŞƏRH

04 Noyabr 2026 17:14see217

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see214

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see205

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see199

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri