ABŞ son anda İsrailə YOX dedi
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrail ABŞ-yə İrana qarşı hərbi əməliyyatlara qoşulmağı təklif etsə də, bu təklif ABŞ administrasiyası tərəfindən rədd edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əl-Hədət” telekanalı adı açıqlanmayan yüksəksəviyyəli bir İsrail rəsmisinə istinadən məlumat yayıb.
Telekanalın həmsöhbəti qeyd edib ki, İsrail təkcə İranın deyil, həm də onun bölgədəki proksi qüvvələrinin zərbələrini dəf etməyə tam hazırdır.
Onun sözlərinə görə, əgər İsrail hücuma məruz qalarsa, böyük ehtimalla irimiqyaslı müharibəyə daxil olacaq. Lakin rəsmi Vaşinqton bu ssenarini də arzuolunmaz hesab edir və gərginliyin bu həddə çatmasını istəmir.
Mənbə həmçinin hazırda İran rəhbərliyində ciddi bir parçalanmanın yaşandığını da diqqətə çatdırıb. Bildirilib ki, İran xüsusi xidmət orqanları ali lider ayətullah Əli Xameneinin öldürülməsinə cavab olaraq İsrail rəhbərlərinə qarşı sui-qəsdlər planlaşdırıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 19 İyul 2026 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















