ABŞ Tayvan boğazında sülhün qorunmasının vacibliyinə işarə edib
Aznews.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Birləşmiş Ştatlar Çin Xalq Azadlıq Ordusunun (PLA) adanın sahillərində keçirdiyi hərbi təlimlərlə bağlı Tayvan boğazında sülhün qorunmasını zəruri hesab edir.
Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt məlumat verib.
"Bu səhər [Ağ Evin] Milli Təhlükəsizlik Şurası bu barədə mənə məlumat verdi və onlar [Birləşmiş Ştatların prezidenti Donald Trampın ] Tayvan boğazında sülhün qorunmasının vacibliyini vurğuladığını söylədilər", - deyə Levitt bildirib.
Onun sözlərinə görə, dövlət başçısı həmçinin boğazın hər iki tərəfindəki problemlərin sülh yolu ilə həllini təşviq edir və təsdiq edir ki, Amerika tərəfi güc və ya zor tətbiq etməklə status-kvonu dəyişdirmək üçün birtərəfli cəhdlərə qarşıdır.
Mövsüm
Aznews.az

