Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Hələ də inana bilmirəm

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

Yaşar Nurinin qızı dünyasını dəyişib

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

Bakıda uşaq bağçasının həyətində QƏTL: Erməni qızlara görə öldürüldü TƏFƏRRÜAT / FOTO

Bakıda uşaq bağçasının həyətində QƏTL: Erməni qızlara görə öldürüldü TƏFƏRRÜAT / FOTO

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

29 may 2022-ci il tarixində Bakının Nizami rayonu, R.Rüstəmov küçəsi, 76 ünvanında yerləşən uşaq bağçasının həyətində bıçaqlanma hadisəsinin baş verməsi barədə polisə məlumat daxil olur. Bıçaq xəsarəti alan Rəsul Salahzadə Sabunçu Tibb Mərkəzinə aparılıb, həyatı xilas olunub və evə buraxılıb. Lakin bir müddət sonra Rəsul Salahzadə yaşadığı evdə ölü tapılıb. Onun yaşadığı evə gedən əməliyyatçılar mənzilin yataq otağındakı divanda Rəsulun cansız bədənini aşkar ediblər.

Faktla bağlı cinayət işi başlanıb. Bakı şəhər sakini Kamran Məmmədli şübhəli şəxs qismində saxlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Rəsul Salahzadənin ölümünə – mədə və mədəaltı vəzidə baş vermiş massiv qanitirmə səbəb olub.

Həmin ilin dekabr ayında Nizami Rayon Prokurorluğu tərəfindən Kamran Məmmədliyə qarşı CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Globalinfo.az Lent.az-a istinadən həmin cinayət işinin istintaq materiallarını təqdim edir.

İstintaqla müəyyən edilib ki, mayın 29-u saat 22 radələrində R.Rüstəmov küçəsi, 76 ünvanında yerləşən uşaq bağçasının həyətində, Məsud Məmmədov Rəsul Salahzadə ilə, sonuncunun “Telegram” sosial şəbəkəsində erməni milliyyətindən olan qadınlara dəstək nümayiş etdirdiyinə görə mübahisə edib. Onların söhbətlərinə müdaxilə edən Kamran Məmmədli Rəsul Salahzadənin ünvanına nalayiq ifadələr işlədib. Həmin şəxs üzərinə gəldikdə K.Məmmədli üstündə olan açılıb-qatlanan bıçaqla Salahzadənin sinəsinə, qarnına və sağ ayağına 3 dəfə zərbə vurub, sonra isə ərazidən uzaqlaşıb.

Hadisədən 81 gün sonra, yəni avqustun 17-də zərərçəkmiş kirayədə yaşadığı evdə bıçaqla yetirilən və bilavasitə ölümlə səbəbli əlaqəsi olan yaradan dünyasını dəyişib. Beləliklə, Kamran Məmmədli Rəsul Salahzadəni qəsdən həyatdan məhrum etmiş olub.

İstintaq zamanı Kamran Məmmədli özünü təqsirli bilib.

O bildirib ki, 2019-cu ildə orta məktəbi bitirib, Nizami Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs törədildikdə) maddəsi ilə 9 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən hərbi xidmətdə olmayıb. Mayın 29-da axşam tanışı Məsud Məmmədov yaxınlaşaraq, adını dəqiq bilmədiyi şəxsin sosial şəbəkədə onu söydüyünü və bununla əlaqədar yaranmış söhbətə aydınlıq gətirmək istədiyini deyib. O, yaşadığı evin blokunda 6 və 7-ci mərtəbələr arasında olan su sayğacının qabının içərisində saxladığı açılıb-bağlanan bıçağı götürüb, Məsuda verib. Daha sonra görüş təyin etdikləri ünvana, Qara Qarayev prospektində yerləşən “McDonalds” restoranının qarşısına gediblər. Orada Məsud Rəsul adlı şəxslə görüşüb, Bakıxanov qəsəbəsi istiqamətində hərəkət etməyə başlayıblar. Məhlələrin birində, skamyada əyləşib söhbət ediblər. Rəsul Məsudu yumruqla vurmaq istəyəndə, sonuncu 1-2 addım geriyə çəkilib. Kamran onlara tərəf qaçaraq, nə baş verdiyini soruşub. Rəsul Məsudun söyüş söydüyünü və ondan qarışmamasını tələb edib. Məsud əlindəki bıçağı yerə atan kimi, kəsici aləti götürərək Rəsulun üzərinə gedib, onun sinəsinə, ardınca da qarnına zərbələr endirib. Rəsulu qaldırıb, yerə çırpıb və axırıncı zərbəni bud nahiyəsinə vurub. Təxminən 2 dəqiqə orda dayanıblar. Sonra yaxınlıqda olan insanlara bir nəfəri bıçaqladığını və Təcili Tibbi Yardıma zəng etmələrini xahiş ediblər:

“Qorxaraq Nizami Rayon İcra Hakimiyyəti istiqamətində qaçdıq. Qara Qarayev prospekti, 126 ünvanında Məsud cibindən bıçağı çıxarıb mənə verdi. Mən də aparıb, onu yenə su sayğacının içərisinə qoydum. Səhərisi gün polis əməkdaşları tərəfindən saxlanılaraq Nizami Rayon Polis İdarəsinə aparıldım”.

İstintaqın gedişatında Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan ediləndə, Kamran Məmmədli əvvəlki ifadələrinə zidd olaraq ümumiyyətlə, Rəsul Salahzadəni bıçaqlamadığını bildirib. Hadisə yerindən qaçıb getdikdən sonra Məsud ona bıçağı gizlətməsi və hər şeyi öz üzərinə götürməsini söyləyəndə, ona inanıb. Buna görə də, matın 30-da ilk dəfə dindirilərkən polis idarəsində cinayətin onun tərəfindən törədilməsini etiraf edib. Polis əməkdaşları və müstəntiq tərəfindən təzyiqə məruz qalmayıb. Sadəcə Məsudun sözünə inanaraq, tanışının atasının ona köməklik göstərəcəyini düşünüb və ölümü üzərinə götürüb. Əvvəlki ifadəsində, Məsudun cibindən bıçaq çıxarmasını və yaxınlaşanda Rəsulun yerdə qanlı vəziyyətdə uzanmasını gördüyünü bildirsə də, bunu düzgün söyləməyib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Vəzifə Salahova ifadəsində göstərib ki, mayın 29-da oğlu bıçaq xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə çatdırılaraq, əməliyyat olunub: “Müstəntiq Rəsuldan huşsuz vəziyyətdə ifadə alıb. Bir müddətdən sonra evə buraxılsa da, öldüyü günədək oğlum yataqdan qalxa bilmədi, tez-tez halı dəyişdi, ürəyi bulandı. Avqustun 17-də evə təcili yardım çağırdım, saat 23:50-də oğlum vəfat etdi. Məsud Məmmədovun valideynləri Rəsulu sağaltmağı öz öhdələrinə götürmüşdülər. Anası 3 aya övladımı sağaldacaqlarına söz vermişdi, Məsuddan şikayətçi olmamağımı xahiş etmişdi. Rəsulu Məsud və Kamran öldürüblər”.

Şahid Məsud Məmmədov bildirib ki, mayın 29-da “Telegram” şəbəkəsində Rəsul Salahzadənin ermənilərə dəstək verməsi barədə paylaşım etdiyini və altında azərbaycanlı istifadəçilər tərəfindən onun ünvanına nalayiq ifadələrin yazılmasını görüb. Rəsulu qiyabi tanıdığından, “Vkontakte” şəbəkəsində mesaj yazıb, nə məsələ olmasını soruşanda o paylaşımın əslində göründüyü kimi olmadığını və bunu ətraflı şəkildə yalnız onunla görüşüb, izah edə biləcəyini deyib. Buna görə, görüşmək barədə razılaşıblar. Baş vermiş hadisədən sonra Rəsulun qana bulaşmış vəziyyətdə yerdə uzandığını görüb, qorxaraq, polisə və təcili yardıma məlumat vermədən, hadisə yerindən qaçıb. Növbəti gün məşğələdə olanda, evlərinə polis əməkdaşlarının gəldiyini öyrənib. Polis idarəsinə gedərək, izahatında, Rəsulun bıçaqla vurulmasından məlumatı olmadığını göstərib. Telefonun işığını yandırandan sonra, Rəsulun yaralandığını görsə də, Kamranın onu bıçaqla vurmasını görməyib.

Şahid Tahir Orucov bildirib ki, mayın 29-u saat 22 radələrində eyvanda siqaret çəkərkən, bağçanın həyətində 2 nəfərin mübahisə etdiyini, 3-cü oğlanın isə kənarda dayandığını görüb. Həmin yer çox qaranlıq olduğundan, bıçaqla xəsarət yetirilmə anını görməyib. Kənarda dayanan hündürboylu oğlan yerə yıxılan şəxsdə yaxınlaşıb, kömək göstərməyə çalışıb. Dərhal aşağı düşüb. Yaşlı adam olduğundan, irad bildirən zaman həmin şəxslərin onu da vura biləcəyini düşünüb, buna görə, özünü qorumaq məqsədilə bir az məsafə saxlayıb. Tanımadığı 1-2 nəfər də əllərindəki mobil telefonların işıqlarını yandırıb, ora yaxınlaşb. O, həmin şəxslərə “siz etdiniz, o uşağı vurduğunuzu gördüm” deyib. Hadisə yerinə gələn polis əməkdaşlarına yaralanan oğlan, yalnız anasına onu bağışlamasını çatdırmalarını söyləyib.

Məhkəmə iclasında Kamran Məmmədli ittiham üzrə özünü təqsirli bilməyib. Qeyd edib ki, ibtidai istintaq zamanı təzyiq altında ifadə verib. Rəsul Salahzadəni bıçaqla vurmayıb. Mübahisə Məsudla Rəsulun arasında olub, o, sadəcə onları aralamaq üçün müdaxilə edib. Ümumiyyətlə üzərində bıçaq olmayıb.

Məhkəmə hesab edib ki, Kamran Məmmədlinin əməli Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə düzgün tövsif edilməyib.

Məhkəmə nəticəyə gəlib ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət verilmədir. Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi 126.3-cü maddəsinə tövsif olunmalıdır. K.Məmmədli həmin maddənin sanksiyası həddində, qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamran Məmmədli 10 il müddətinə azadlıqdan məhrum olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Aprel 2025 01:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see15560

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see928

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see279

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see245

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see204

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see203

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see159

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see141

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see139

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see135

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see133

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see133

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see133

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see131

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see127

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see126

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see124

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see123

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see122

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri