Icma.az
close
up
RU
Starmer Aİ və ABŞ ilə ittifaqların gücləndirilməsinin vacibliyinə işarə edib

Starmer Aİ və ABŞ ilə ittifaqların gücləndirilməsinin vacibliyinə işarə edib

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünyada vəziyyətin pisləşməsi Böyük Britaniyadan həm Avropa İttifaqı, həm də ABŞ ilə münasibətləri gücləndirməyi tələb edir.

Bizimyol.info xəbər verir ki, bunu Böyük Britaniya hökumətinin başçısı Key Starmer hər il London şəhərinin lord meri tərəfindən təşkil olunan ənənəvi ziyafətdə çıxışı zamanı deyib.

“Bu daha böyük təhlükə dövrünə cavabımız daha güclü ittifaqlar olmalıdır, bunun vaxtı çatıb. ABŞ ilə daha da sıx əlaqələr, NATO-ya sarsılmaz sadiqlik və Avropalı qonşularımızla yenilənmiş münasibətlər. Bütün obyektiv qiymətləndirmələrə görə, iqtisadiyyatımız və təhlükəsizliyimiz üçün həyati əhəmiyyət kəsb edən əlaqələr”, - deyən baş nazir qeyd edib ki, London və Berlin arasında müdafiə paktının bu yaxınlarda bağlanmasına diqqət çəkib.

Nazirlər Kabinetinin rəhbəri vurğulayıb ki, London Vaşinqton və Brüssel arasında seçim etməməli, hər iki müttəfiqlə münasibətləri inkişaf etdirməlidir. O, "Brexit"in Böyük Britaniya ilə Avropanın qalan hissəsi arasında münasibətlərə vurduğu zərərdən təəssüfləndiyini bildirib və yeni reallıqları nəzərə alaraq münasibətlərin bərpasının vacibliyinə işarə edib.

“Biz keçmişə baxmaqdansa gələcəyə baxırıq. Hərəkət azadlığına, gömrük ittifaqına və vahid bazara qayıtmaq olmayacaq. Əvəzində biz milli maraqlarımıza fayda gətirmək üçün qarşılıqlı əlaqə qurmağın praktiki və çevik yollarını tapacağıq”, - deyə o əlavə edib.

Böyük Britaniya üçün təhlükə mənbələrindən danışan Starmer Ukraynadakı münaqişə və onun mümkün nəticələrini, həmçinin yeni miqrasiya böhranı ilə dolu olan Yaxın Şərqdəki qeyri-sabitliyi qeyd edib.

O, Londonun Qəzza zolağı və Livandakı münaqişələrin həllində rol oynamağa davam edəcəyinə, "NATO-nun nizəsinin ucunda olan" Skandinaviya və Baltikyanı ölkələrlə hərbi əməkdaşlığı gücləndirəcəyinə və AUKUS tərəfdaşlığını inkişaf etdirəcəyinə söz verib. Böyük Britaniya və ABŞ Avstraliya üçün yeni nüvə sualtı qayıqları inşa edir, həmçinin Hind-Sakit okean regionunda birgə təlimlər keçirir.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Dekabr 2024 07:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri