Icma.az
close
up
RU
ABŞ Tehrana güzəştə getməyəcək MÜSAHİBƏ

ABŞ Tehrana güzəştə getməyəcək MÜSAHİBƏ

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Artıq bir müddətdən çoxdur ki, İran ətrafında cəriyan edən proseslər beynəlxalq ictimaiyyətin önəmli gündəm mövzusuna çevrilib.

ABŞ-İran hərbi qarşıdurması ehtimalı ilə bağlı dolaşan söz-söhbətlər nəinki ABŞ-nin Avropadakı müttəfiqlərini, hətta Yaxın Şərqin aparıcı ölkələri – Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirliləri və Türkiyəni ciddi şəkildə narahat edir.

ABŞ və İran bir-birinə qarşı sərt ritorikalar səsləndirsə də, nə Vaşinqton, nə də Tehran qarşıdurmaya getməkdə maraqlı görünmür. Buna görə də hər iki tərəf üçüncü bir ölkənin vasitəçiliyi əsnasında və ya üçüncü bir ölkədə danışıqlar aparmaq qərarına gəlib. 

2026-ci ilin fevralından başlayaraq Omanda danışıqların ilk raundu baş tutdu. Danışıqlar prosesində əsas müzakirələr məhz nüvə məsələsi ətrafında aparılır. Qeyd edək ki, fevralın 17-də isə Cenevredə ABŞ-İran danışıqlar prosesinin növbəti raundu keçirilib.

İran KİV-lərinin məlumatına görə, ABŞ və İran rəsmiləri arasında əsas prinsiplər üzrə razılıq əldə olunub. İranın xarici işlər naziri Abbas Əraqçi jurnalistlərə açıqlamasında bildirib ki, tərəflər ilkin çərçivə məsələlərində ortaq mövqeyə gəliblər və danışıqlar növbəti mərhələdə daha detallı müzakirələrlə davam etdiriləcək. 

Nazir vurğulayıb ki, əldə olunan razılıq yekun saziş demək deyil, lakin prosesin irəliləməsi baxımından mühüm addım hesab olunur. Eyni zamanda, KİV-lərdə belə bir məlumat yayılıb ki, İran nümayəndə heyəti ABŞ ilə danışıqlarda uran zənginləşdirməsini dayandırmağa, ehtiyatlarının bir hissəsini Rusiya da daxil olmaqla başqa bir ölkəyə köçürməyə və Amerika tərəfi ilə işgüzar münasibətlərə başlamağa hazır olduğunu açıqlayıb. 

İran rəsmilər Tehranın uranın zənginləşdirilməsini üç ilə qədər dayandırmağa hazır olduğunu da bildirib. Danışıqlar prosesinin getdiyi bir zamanda ABŞ Yaxın Şərq regionunda hərbi mövqelərini möhkəmləndirməyə davam etdirir – Vaşinqton son 24 saat ərzində bölgədə “F-35”, “F-22” və “F-16” da daxil olmaqla 50-dən çox qırıcı təyyarə yerləşdirib.

ABŞ-İran danışıqlarında tərəflərin tam ortaq mövqeyə gəlib-gəlməyəcəyi, xüsusilə də yekun nəticənin əldə olunması ehtimalı və Yaxın Şərqin bundan sonrakı vəziyyəti ilə bağlı Yaxın Şərq üzrə siyasi ekspert Rufiz Hafizoğlu “Cebheinfo.az”-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Rufiz müəllim, ümumiyyətlə, hər iki tərəf bu danışıqlarda müəyyən güzəştlərə getməklə öz maraqları çərçivəsində istədiklərinə nail ola biləcək?

- İlk növbədə qeyd edim ki, biz bu kimi məsələlərə sadəcə görünən tərəfdən yanaşırıq. ABŞ-İran danışıqları, nüvə məsələsi ətrafındakı müzakirələr və s. Bəli, müəyyən fasilədən sonra ABŞ ilə İran arasından görüşlər yenidən başlayıb. Amma bu görüşlərdə hansı qərarın qəbul ediləcəyi və ya tərəflərin hansı nəticəyə gələcəyi tam olaraq bəlli deyil.

Tərəflərin güzəştə getmək məsələsinə gəlincə, qeyd edim ki, Vaşinqton heç bir halda Tehrana güzəştə getməyəcək. Çünki İran hakimiyyətinin danışıqlar masası arxasına oturması və Tehranın öz uran ehtiyatlarını qismən olsa da, Rusiyaya təhvil verməyə razı olması ABŞ-nin, daha doğrusunu desək, Tramp administrasiyasının təzyiq siyasətinin nəticəsidir.

Bu İranın küncə sıxışdırılması deməkdir. İranın ABŞ-a qarşı hər hansı təzyiq mexanizmi demək olar ki, yoxdur. Necə ki, Ərəb ölkələri İsrailə təzyiq etmək imkanlarına malik deyilsə, İran da bu imkanlara malik deyil. Burada xüsusi bir məqamı da vurğulamaq lazımdır.

İranın hərbi-siyasi və dini rəhbərliyi Amerikanı “böyük şeytan” adlandırır. İslam inqılabından bəri bu, İran İslam Respublikasının idelogiyasının əsas qayəsi hesab olunur. Belə olan halda Tehranın öz dizini qatlayıb “böyük şeytan” adlandırdığı ABŞ-la dialoq və danışıqlar aparması İslam Respublikasının adına və nüfuzuna bir təhqirdir.

ABŞ-la nüvə danışıqlarının olması belə, İranın himayə etdiyi islamçı cəbhələrdə çox ciddi fikir ayrılıqlarına gətirib çıxaracaq. Hətta uranın Rusiyaya təhvil verilməsi başqa bir fikir ayrılığına yol açacaq. Prezident Məsud Pezeşkian bu yaxınlarda çıxışında bəyan edib ki, İsrailin İrana on iki günlük hücumu zamanı müttəfiqlər Tehrana dəstək vermədilər və onu yalnız buraxdılar.

Bu on iki günlük müddətdə Moskva İrana heç bir real dəstək vermədi. Digər tərəfdən İran hakimiyyətinin ABŞ-la danışıqlarda razılığa gəlməsi İranın özü daxil olmaqla şiə coğrafiyasında – İraq, Livan və Yəməndə Tehrana inamsızlığın yaranmasına səbəb ola bilər.

İran hakimiyyətinə bağlı olan şiə müsəlmanlarında belə bir sual yarana bilər ki, necə olur ki, sən İran şiə müsəlmanlarının zəkatından və sədəqəsindən istifadə etməklə öz maraqlarını genişləndirməyə, mövqelərini möhkəmləndirməyə və nüvə dövlətə olmağa çalışırdın, amma o biri tərəfdən “böyük şeytan” adlandırdığın ABŞ-la danışıqlar aparıb razılığa gəlirsən. Bunun özü İranın həm öz daxilində, həm də digər şiə coğrafiyalarında nüfuzuna ağır və sarsıdıcı zərbə vura bilər. 

- Əgər İran ABŞ qarşısında belə gücsüzdürsə,  onda nəyə göyə Tramp administrasiyası İranla danışıqlar aparır? Məgər, Vaşinqton güc taktikasından istifadə edə bilməz?

- Körfəz ölkələrində ABŞ-nin hərbi bazaları mövcuddur. Bu, bölgə üçün çox ciddi risklər yaradır. Bəli, Vaşinqton güc taktikasından istifadə edə bilərdi. Amma Tramp administrasiyası hələ ki, İranla danışıqlar aparmağı üstünlük verir və Prezident Donald Tramp bəyan edib ki, Vaşinqton Tehranla nüvə məsələsini həll etmək üçün danışıqlar aparmağa hazırdır.

Qeyd edim ki, ABŞ İrana hərbi müdaxilə məsələsində regiondakı müttəfiqləri – Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədən dəstək ala bilmədi. Bu ölkələr açıq şəkildə İrana hərbi müdaxiləyə qarşı olduqlarını bəyan etdilər. Bu, çox önəmli bir amildir. Eyni zamanda, İran da regionda öz proksi qüvvələrindən ABŞ-a qarşı istifadə edə bilmədi. Son proseslər sadəcə olaraq, diplomatik-siyasi oyun idi və bu oyun ABŞ-nin xeyrinə idi. 

- Rusiyanın ABŞ-İran razılaşması çərçivəsində nüvənin məhdudlaşdırılması prosesində iştirak edəcəyi iddia edilir. Maraqlıdır, ABŞ ilə Rusiya arasında qarşılıqlı münasibətlərin olmadığı müddətdə Vaşinqton Moskvaya necə etibar edə bilər?

- Heç bir zaman dövlətlərin bir-birinə tam etibarı olmayıb. Ümumiyyətlə, dövlətlərarası münasibətlərdə dostluq və qardaşlıq anlayışları dayanıqlı deyil. Dövlətlərin maraqları var və hər bir dövlət öz maraqları çərçivəsində hərəkət edir. Bu, inkar olunmayan bir reallıqdır. O ki qaldı Vaşinqtonun bu məsələdə Moskvaya güvənməsinə, hesab edirəm ki, İranla danışıqlarda konkret nəticə əldə olunmadan, İranın öz uran ehtiyatlarını Rusiyaya təhvil vermək məsələsi sual altındadır.

Xüsusilə bildirim ki, İranın ABŞ-dan yeganə istəyi bu ola bilər ki, Vaşinqton zənginləşdirilmiş uran ehtiyatlarını Rusiyaya təhvil verilməsinə razı olsun. Burada daha bir məqamı da nəzərə almaq lazımdır. Bildiyimiz kimi, Rusiya nüvə təcrübəsinə malik olan ölkədir. Bəlkə də, Vaşinqton İrandakı zənginləşdirilmiş uran ehtiyatlarının Rusiyaya verilməsinə razı ola bilər. Ancaq Vaşinqton bu ehtiyatların Çinə ötürülməsinə əsla razı ola bilməz.

ABŞ-Rusiya və ABŞ-Çin münasibətlərini müqayisə etsək, Rusiya Çinə nisbətən ABŞ üçün güvənilə bilən bir ölkədir. ABŞ və İsrailin əsas məqsədi uran ehtiyatlarının İrandan çıxarılmasıdır. Uran ehtiyatlarının Rusiyaya və Belarusiyaya təhvil verilməsi ABŞ və İsrail üçün heç bir əhəmiyyət kəsb etmir. Onu da qeyd edim ki, bu proses başlanılsa belə, bu, yarımçıq qalacaq.

- İran ballistik raket imkanlarını məhdudlaşdırmaq istəmir. Vaşinqtonun bu məsələdə Tehrana güzəştə getməsi İranın regionda mövqelərinin daha da möhkəmlənməsinə gətirib çıxara bilər?

- İran hakimiyyəti bəyan edir ki, o, ballistik raket imkanlarının məhdudlaşdırılmasına razı olmayacaq və bu, onun qırmızı xəttidir. Amma yaxın tarixdə elə bir hallar olub ki, İranın özü öz qırmızı xətlərini tapdalayıb. İranın dövlət olaraq başlıca məqsədi özünü ayaqda saxlamaqdır. Təbii ki, ABŞ İranın ballistik raket imkanlarını artırmasına səssiz qala bilməz və Vaşinqtonun İrana burada güzəştə getməsi qeyri-realdır. Bu gün ABŞ-nin İranla bağlı əsas və başlıca hədəfi İranı diz çökdürməkdir.

Əgər İran ABŞ qarşısında əyilib hər hansı önəmli məsələdə güzəştə gedərsə, bu güzəştlərin ardı gələcək. İran çox bəyanat verə bilər, çox təhdid edə bilər, amma bu bəyanatların və təhdidlərin arxasında durmaq bu, tamam ayrı bir məsələdir.

İqtisadi güclü olmayan bir ölkə, kim olursa olsun, digər ölkələyə diktə edə bilməz. İran çox ciddi iqtisadi böhran içərisindədir və bu ölkənin daxildə problemlər kifayət qədər çoxdur. İranın şiə coğrafiyasında siyasi nüfuzu belə zəifləməyə doğru gedir. 

- Qarşılıqlı razılaşama çərçivəsində ABŞ-nin İrana qarşı sanksiyaları yumşaltması nə dərəcədə realdır?

- İrana qarşı sanksiyaların yumşaldılması qismən olsa da ehtimal olunur. Bundan öncə də müəyyən sanksiyalar yumşaldılmışdı. Amma İran üzərində indiyə qədər tətbiq olunan bütün sanksiyaların aradan qaldırılması qeyri-mümkündür. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Fevral 2026 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see323

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see294

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see294

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see289

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see276

İkra yeməsəm, bu qədər gözəl ola bilərəm? (Video)

30 Avqust 2026 14:09see233

Hava kəskin DƏYİŞƏCƏK: Güclü yağış, sel, külək XƏBƏRDARLIQ

30 Avqust 2026 10:31see227

Niderland vətəndaşı ilə bağlı Dövlət Sərhəd Xidmətindən AÇIQLAMA

30 Avqust 2026 08:30see216

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see214

Boşanıb, ayrıla bilməyən məşhurlar

30 Avqust 2026 05:05see205

Tbilisidə Azərbaycan və gürcü rəqslərini birləşdirən yeni dərnək açılıb

30 Avqust 2026 02:08see202

Toyda Nəfəslə bəyin rəqsi gündəm oldu (Video)

30 Avqust 2026 12:17see196

Dağıstanda təxminən 33 min abonent işıqsız qalıb

30 Avqust 2026 14:34see195

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see194

Qızı Rüfət Axundovu sevindirdi ÖZƏL

30 Avqust 2026 19:48see187

Oksana Rəsulovanın azyaşlı ilə bağlı paylaşımı gündəm oldu VİDEO

30 Avqust 2026 14:52see185

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see183

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see183

Trampın nitqi üzərindən fırıldaq edən işçi ifşa edildi

30 Avqust 2026 01:28see183

“Kurtlar vadisi”nin “Deryası”ndan “Polat” haqda şok sözlər (Foto)

30 Avqust 2026 15:51see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri