Icma.az
close
up
RU
ABŞ Tramp dövründə AzərbaycanErmənistan sülh müqaviləsinin imzalanmasına vasitəçi OLACAQ? MÜSAHİBƏ

ABŞ Tramp dövründə AzərbaycanErmənistan sülh müqaviləsinin imzalanmasına vasitəçi OLACAQ? MÜSAHİBƏ

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

News24.az Müstəqil Siyasəti Azər Qasımlının “Yeni Çağ”a müsahibəsi təqdim edir:

– Artıq hər kəsə bəllidir ki, Donald Tramp ABŞ-nin 47-ci prezidenti seçildi. Vaşinqtonun xarici siyasət kursunda dəyişiklik olacaqmı?

– Bir çoxlarının düşündüyü kimi, hesab etmirəm ki, Trampın prezidentliyi dönəmində ABŞ dünya siyasətindən tamamilə çəkiləcək və izolyasionist bir siyasi xətt yürüdəcək. Fikrimcə, əksinə, bu gün dünyada çox önəmli, müəyyən qaynar nöqtələr var ki, həmin o problemlər və məsələlərdən Tramp administrasiyası kənarda qalmayacaq, onlarla bağlı daha aktiv siyasət yürüdəcək. Onlardan birisi Ukrayna böhranıdır və orada gedən müharibədir. Aydın məsələdir ki, bu problemlə bağlı Tramp administrasiyası müəyyən işlər görmək məcburiyyətindədir. Tramp prezident seçilməmişdən əvvəl Britaniyanın keçmiş baş naziri Boris Conson Trampa bir təklif vermişdi. Hətta bu təklifi ictimaiyyəti də açıqlamış və bununla bağlı bir məqalə də yazmışdı. O, məqaləsində qeyd etmişdi ki, ABŞ Tramp administrasiyası dönəmində Avropanın təhlükəsizliyini təmin etmək üçün məhz Ukrayna ərazisindən istifadə edə bilər. Yaxud Avropa qitəsində xərclədiyi maliyyəni Ukrayna xərcləyə bilər və Ukrayna bilavasitə Avropanın təhlükəsizliyinə qarant ölkə kimi burada çıxış edə bilər. Bu, haradasa Ukraynanın da problemini həll edir və ərazi bütövlüyü, o cümlədən onun təhlükəsizlik problemi burada yer alır. Həmçinin də ABŞ və yaxud Tramp administrasiyası üçün də artıq bundan sonra Avropanın təhlükəsizliyinə hər hansı bir məbləğdə pul xərclənməsinə ehtiyac olmayacaq. Digər tərəfdən də Avropa öz problemlərini özü həll etmiş olacaq. Mümkündür ki, Boris Consonun bu təklifinə Tramp yenidən qayıtsın və bunu reallaşdırmağa başlasın. Bu, baş versə, təbii ki, Ukrayna və ümumiyyətlə, postsovet məkanı üçün proseslər çox önəmli olacaq.

– Trampın Yaxın Şərq yanaşması bəs necə olacaq?

– Digər problemlər isə Yaxın Şərq, İran və bunun da yanında Çin məsələsidir. Aydındır ki, Tramp administrasiyası bu üç məsələyə kənarda qala bilməz. Artıq İran valyutası dəyər itirməyə başlayıbdır və bu reaksiyanı biz görürük. Dünyada baş verən, yaxud İran daxilində baş verən bu prosesi də izləməkdəyik. Bundan sonra da sanksiyalar davam edəcək və İran administrasiyası daha da sıxışdırılacaq. Bu kontekstdə İran Rusiyanın müttəfiqi olduğuna görə Rusiya ilə ABŞ və yaxud Rusiya ilə Tramp administrasiyası arasında münasibətlər gərilə bilər. Tramp Çinlə bağlı da aktiv bir siyasət yürüdəcəyini, ilk növbədə, iqtisadi baxımdan Çinə qarşı embarqolar və sanksiyalar tətbiq edəcəyi və yaxud öz bazarı daxilində müəyyən dəyişikliklərə gedərək Çin mallarının ABŞ bazarına girişini məhdudlaşdıracaq. Bu da aydındır ki, Çin iqtisadiyyatına mənfi təsir göstərəcək.

– Yəni burada əsas hədəf Çindir…

– Bu kontekstdə də Rusiya hazırda Çinin əsas müttəfiqi olduğuna görə Çinlə Tramp administrasiyaları arasında münasibətlər təbii ki, gəriləcək və yaxşı olmayacaq. Dolayısı yolla bu, yenə də Rusiyadan Tramp administrasiyasının toqquşması anlamına gələ bilər. Bu da aydın məsələdir ki, bizim regiona təsir edəcək. Odur ki, Rusiya, İran, Çin kimi dünya avtoritar koalisiyasının əsas liderliyini edən ölkələrə qarşı həm iqtisadi, həm siyasi nöqteyi-nəzərdən ABŞ-nin konfliktdə olacağını gözləyirəm. Bu nöqteyi-nəzərdən də həmin o avtoritar rejimlərin zəifləməsi baş verə və bu bir trend halını ala bilər.

– Neft bazarına təsirləri necə dəyərləndirirsiniz?

– Tramp seçilməmişdən əvvəl müəyyən fikirlər səslənirdi ki, ABŞ-nin özündə neft hasilatı artacaq və artıq belə məlumatlar gəlir ki, dünya bazarında neftin qiyməti iki faiz dən çox düşübdür. Görünən də odur ki, bundan sonra da neftin qiymətinin düşmə ehtimalı yüksəkdir. Düzdür, İranla olan münasibətlərin bu prosesə təsir göstərə biləcəyini də qeyd edirlər. Amma düşünürəm ki, ümumi trend məhz ondan ibarət olacaq ki, dünya bazarında neftin qiyməti düşsün, hətta belə bir proqnozlar da var ki, neft 50 dollara qədər düşə bilər. Bu da sözsüz ki, ilk növbədə, Rusiya və iqtisadiyyatları neftdən asılı olan ölkələrə ciddi şəkildə təsir edəcək. Yəni Tramp dönəmində, bir tərəfdən, iqtisadi baxımdan Çin və İrandakı rejimin çökdürülməsi prosesi davam edəcəksə, digər tərəfdən də neftin qiymətinin düşməsi, yaxud düşürülməsi prosesi aparılacaq.

Konkret olaraq, Tramp əsas Çin, Ukrayna, Yaxın Şərq və İranla məşğul olacaq. Amma dolayı yoldan başqa ölkələrə də bunun təsiri olacaqdır. Məsələn, Rusiya ilə münasibət, yəni Ukrayna məsələsi varsa, aydındır ki, dolayısı ilə bu bölgədə olduğuna görə Azərbaycana da bu siyasət təsir edəcək. İrana qarşı hər hansı bir hərəkətlilik olacaqsa, biz də bu bölgədə olduğumuza görə, yenə də bizə bunun təsiri olacaq. Bu yaxınlarda Azərbaycan BRICS-ə üzv olmaq istəyirdi. Azərbaycan, o cümlədən, Çinlə strateji tərəfdaşlıq barədə sənəd imzalayıb. Tramp administrasiyasında əsas qayəsi ondan ibarətdir ki, Çini iqtisadi olaraq çökdürsün və Çinlə rəqabətdə ABŞ qalib gəlsin. Bu nöqteyi-nəzərdən aydındır ki, Çinin müttəfiqlərinə də bunun təsiri olacaq. Bildiyiniz kimi həm Azərbaycan, həm Gürcüstan Çinin layihələrində iştirak edirlər. Ona görə həm iqtisadi, həm siyasi rıçaqlardan istifadə edərək Çinin dostlarına və Rusiyanın müttəfiqlərinə təsir etməyə başlayacaqlar.

– Son olaraq, Tramp administrasiyası Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsinin imzalanması məsələsində vasitəçiliyi, daha dəqiq desək, moderatorluğu öz üzərinə götürəcəkmi?

– O ki qaldı Ermənistan, Azərbaycan münaqişəsi məsələsinə, hesab etmirəm ki, bu məsələ Tramp üçün hansısa bir önəm kəsb etsin. Amma sözsüz ki, hər hansı bir müharibə və konflikt olsa, buna reaksiyalar olacaq. Amma ən azı çalışacaqlar ki, Ermənistanla Azərbaycan arasında hər hansı bir konflikt olmasın, bu konflikti söndürsünlər. Sülh müqaviləsi isə daha çox Rusiyadan asılıdır. Hələlik isə Rusiya bu müqavilənin imzalanmasını istəmir. Moskva hər hansı bir müqavilənin imzalanmasının yalnız onun iştirakı ilə və şərtləri ilə imzalanmasını istəyir. Ermənistan tərəfi də buna getməyəcəksə, bu, artıq yeni konflikt deməkdir. Tramp administrasiyasının bu konfliktə münasibəti isə bir sual doğurur və inanmıram ki, onlar buna müsbət yanaşsınlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://news24.az
archiveBu xəbər 07 Noyabr 2024 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see178

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see144

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see137

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see137

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see134

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see134

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see132

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see127

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see124

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see122

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see117

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see115

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri