ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edib: Tulsi Qabbard təsdiqlədi
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
"ABŞ Prezidenti Donald Trampın göstərişi ilə Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsi bərpa edilib. Bu, müharibənin bitirilməsi vaxtını yaxınlaşdırır".
Oxu.Az-ın UNN nəşrinə istinadən xəbərinə görə, bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard "X" hesabında məlumat verib.
"ABŞ Prezidenti Donald Trampın rəhbərliyi sayəsində biz Ukraynada qanlı müharibənin sona çatmasına doğru daha bir mühüm addım atdıq. Prezidentin tapşırığına əsasən, Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsində fasilə başa çatıb", - deyə Qabbard paylaşımda bildirib.
Qeyd edək ki, ötən gün ABŞ və Ukrayna arasında Səudiyyə Ərəbistanının Ciddə şəhərində danışıqlar baş tutub və müvafiq qərar bundan sonra verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 12 Mart 2025 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















