ABŞ Ukraynaya 20 milyard dollar kredit ayırıb
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Maliyyə Nazirliyi Qərbdə dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərin geri qaytarılması hesabına Ukraynaya 20 milyard dollar kredit ayrıldığını açıqlayıb.
APA xəbər verir ki, nazirliyin bəyanatında qeyd edildiyi kimi, kredit G7 ölkələrinin Kiyevə 50 milyard dollar kredit ayırması təşəbbüsünün bir hissəsi kimi göndərilir.
“Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlə ödənilən bu vəsaitlər Ukraynaya kritik dəstək verəcək”, - deyə ABŞ maliyyə naziri Canet Yellen bildirib.
O həmçinin əlavə edib ki, Vaşinqton Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir.
Bu mövzuda digər xəbərlər:ABŞ Ukraynaya 20 milyard dollar kredit ayırıb
10 Dekabr 2024 23:36
Baxış sayı:135
Bu xəbər 10 Dekabr 2024 23:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















