Qarğalar insanlardan iki dəfə ağıllı çıxdı? Araşdırma
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Almaniyanın Tübingen Universitetinin alimləri qarğaların müəyyən vizual tapşırıqları sürətli reaksiya qabiliyyəti sayəsində insanlardan iki dəfə tez yerinə yetirdiyini aşkar ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə aparılan elmi araşdırmada bildirilib.
Uzun müddət quşların yüksək intellektə malik olmadığı düşünülsə də, son illərdə aparılan tədqiqatlar bunun əksini sübut edib. Məsələn, əvvəlki araşdırmalar göyərçinlərin xərçəng hüceyrələrini sağlam hüceyrələrdən, həmçinin rəqəmləri, sözləri və mənasız sözləri fərqləndirə bildiyini göstərib.
Bu dəfə Almaniyadan olan tədqiqatçılar qarğaların qərarvermə mexanizmini ətraflı öyrəniblər.
Eksperiment zamanı quşlara üzərində hərəkət edən nöqtələr olan dairələr göstərilib. Qarğalar nöqtələrin hərəkət istiqamətindən asılı olaraq dimdikləri ilə sağa və ya sola toxunmalı olublar.
Bir neçə həftə davam edən məşqlərdən sonra quşlar tapşırığı uğurla mənimsəyiblər.
Tədqiqatçılar əvvəlcə tapşırığın yerinə yetirilməsi üçün üç saniyə vaxt ayırsalar da, nəticələr gözləntiləri üstələyib.
Qarğalar tapşırığı orta hesabla 235 millisaniyəyə yerinə yetiriblər. Bu, insan göstəricisindən iki dəfə sürətli olub. Üstəlik, quşlar sürət qazansalar da, dəqiqliklərini itirməyiblər.
Mütəxəssislər hesab edirlər ki, qarğaların bu qədər sürətli reaksiya vermək qabiliyyəti uçuş zamanı daim dəyişən şəraitə dərhal uyğunlaşmaq zərurətindən formalaşıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 18 Noyabr 2026 22:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















