Icma.az
close
up
RU
ABŞ Ukraynaya hərbi yardımı dayandırmayıb Zelenskidən açıqlama

ABŞ Ukraynaya hərbi yardımı dayandırmayıb Zelenskidən açıqlama

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ABŞ ilə Ukrayna arasında hərbi yardımın təfərrüatları işçi səviyyədə dəqiqləşdirilməyə davam edir.

“Ukraynanın müdafiə və xarici işlər nazirləri ABŞ-la əməkdaşlıq daxil olmaqla, vəziyyətlə bağlı hesabat verdilər. Hazırda müdafiə dəstəyinin, o cümlədən hava hücumundan müdafiə sistemlərinin (HHM) təchizatı üzrə bütün detalları işçi səviyyədə müzakirə olunur. Hər bir halda xalqımızın müdafiəsi təmin edilməlidir”, – deyə Zelenski video müraciətində bildirib.

“AzPolitika” xəbər verir ki, bundan əvvəl Ukraynanın Müdafiə Nazirliyi ABŞ tərəfindən silah tədarükünün dayandırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərək, bu barədə rəsmi məlumat almadıqlarını açıqlayıb. Nazirlik qeyd edib ki, Vaşinqtonla bu məsələni aydınlaşdırmaq üçün telefon danışığı təşəbbüsü irəli sürülüb.

Eyni zamanda, Ukraynanın Xarici İşlər Nazirliyi ABŞ-ın Kiyevdəki müvəqqəti işlər vəkili Con Hinkelini çağıraraq, Rusiya təcavüzü fonunda ABŞ hərbi yardımının davam etdirilməsinin vacibliyini vurğulayıb.

ABŞ mediası anonim mənbələrə istinadla xəbər verib ki, ABŞ Ukraynaya bir sıra silah sistemlərinin, o cümlədən “Patriot” HHM sistemləri üçün onlarca raketin göndərilməsini müvəqqəti dayandırıb. Bu qərarın arxasında ABŞ-ın öz silah ehtiyatları ilə bağlı narahatlığı dayanır.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri üzrə Kommunikasiya İdarəsinin rəhbəri Yuri İqnat isə bildirib ki, Ukraynanın Almaniya, Böyük Britaniya və ABŞ-dan aldığı HHM sistemləri arasında Amerika silahlarının payı əhəmiyyətlidir. Lakin o, vəziyyəti kritik kimi təqdim etməyin doğru olmadığını vurğulayıb.

İqnat əlavə edib ki, son aylar ərzində Ukrayna Rusiyanın müharibə dövründə həyata keçirdiyi ən kütləvi hava hücumlarını dəf etmək məcburiyyətində qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 İyul 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri