Icma.az
close
up
RU
ABŞ Ukraynaya nüvə silahı verəcək?

ABŞ Ukraynaya nüvə silahı verəcək?

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Pentaqon rəhbərindən “siyasi gediş”

ABŞ-ın müdafiə naziri - Pentaqonun rəhbəri Pit Heqset Ukrayna ilə bağlı maraqlı açıqlamalar verib. O, “Breitbart News”-a müsahibəsində Ukraynaya nüvə silahının verilməsi ehtimalını inkar etməyib. Heqset vurğulayıb ki, bu barədə qərarın verilməsi ABŞ Prezidenti Donald Trampın iqtidarındadır. Pentaqon rəhbəri Ukraynanın NATO-ya üzvlüyünün qeyri-mümkün olduğunu da bildirib: “Mən sadəcə, hazırkı reallığı dilə gətirdim - mövcud şərtləri nəzərə aldıqda, Ukraynanın NATO-ya üzvlüyü az ehtimaldır. Lakin heç kim 25 il və ya daha uzun müddət üçün dəqiq proqnoz verə bilməz,” - deyə o, bildirib.

Ukraynaya sülhməramlıların göndərilib-göndərilməməsi məsələsinə gəlincə, Heqset belə bir qərarın veriləcəyi təqdirdə NATO-nun bu məsələyə müdaxilə etməməsinin zəruriliyini vurğulayıb: “Ukraynadakı sülhməramlılar NATO-nun himayəsi xaricində olmalı və 5-ci maddəyə daxil edilməməlidir. Orada olan sülhməramlılar əsla 5-ci maddənin istifadəsi üçün əsas olmamalıdır”. Ardınca o, əlavə edib ki, bu missiyanı yalnız Avropa üzərinə götürməlidir: “Birləşmiş Ştatlar Ukraynaya qoşun göndərməyəcək və sülhməramlı missiyanın parçası olmayacaq. Bu missiyanı Avropa həyata keçirməlidir”.

Müharibədən sonra - gələcəkdə Kiyevin güclü təhlükəsizlik təminatlarına ehtiyacı olduğunu deyən Heqset qeyd edib ki, NATO bu istiqamətdə lazımi addımlar atmalıdır: “Üçüncü Minsk razılaşmasına ehtiyac yoxdur.  NATO diplomatiya klubu olmaqdan çıxıb daha güclü, daha dayanıqlı təşkilat olmalıdır. Eyni zamanda, bunun üçün Avropa hərbi xərcləri daha da artırmalıdır”.

Artıq bəzi ekspertlər Pit Heqsetin Ukraynaya nüvə silahının verilməsi ehtimalı ilə bağlı səsləndirdiyi fikirləri şərh etməyə başlayıblar - onlar hesab edirlər ki, bu, Moskvanı tez bir zamanda danışıqlar masası arxasına otuzdurmaq üçün Kremlə ciddi bir mesajdır. - yəni Vaşinqton istəsə, belə bir addım ata bilər.

Tramp qısa müddətdə atəşkəsə nail olmaq istəyir

Məsələ ilə bağlı siyasi şərhçi Elşən Mustafayev “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, hər iki tərəf arasında atəşkəs sazişi imzalana bilər, amma danışıqlar uzun müddət davam edəcək. “Hazırda gedən danışıqlar yalnız bu istiqamətdədir. Atəşkəs isə hələ torpaqların geri qaytarılması, sülh müqaviləsinin bağlanması və s. demək deyil. Hazırda atəşkəslə bağlı danışıqlar çox çətin gedir, buna görə də sonrakı mərhələnin daha ağır olacağını hesab edirəm. Əgər atəşkəs razılaşması əldə olunarsa, böyük ehtimalla, hazırda orduların olduğu yerdə qalacağı şübhəsizdir. Sonra yaradılacaq hər hansı format çərçivəsində sülh danışıqları aparılacaq. Bu danışıqlar qısa müddət sonra dayandırılıb müharibə fazasına da qayıda bilər. Yəni uzun illərlə müzakirəsi davam edən münaqişəyə çevriləcək”.

ABŞ nüvə riskinə getməyəcək

Politoloq bildirib ki, ABŞ Ukraynanı Rusiyaya qurban verməyəcək, amma onu da vurğulayıb ki, istənilən halda Ukraynanı nüvə silahı ilə təmin etmək ideyasını yaxına buraxmayacaq: “Bu, Rusiyanı açıq şəkildə nüvə müharibəsinə cəlb etmək anlamına gələ bilər. Rusiya hərbi sənaye kompleksi nə qədər böhran keçirsə də, döyüşən əsgər cəhətdən səfərbərlik məsələsində problem yaşasa da, iqtisadi çöküşü sürətlə davam etsə də, nüvə potensilı ilə bağlı problemi yoxdur. Münaqişə nüvə silahı mərhələsinə keçərsə, qlobal dünya üçün çox ağır fəsadlara səbəb olacaq. Bu da Qərbi çox narahat edir. Bu səbəbdən hesab edirəm ki, Ukraynaya nüvə silahının verilə biləcəyi ilə bağlı ehtimalların əsası yoxdur. Onu da qeyd edim ki, ABŞ-ın Rusiyanı zəiflədib istədiyini əldə etmək üçün apardığı hazırkı siyasət kursu daha məqsədəuyğun hesab olunur”.

Ukraynanın təhlükəsizliyi nə yerdə qalacaq? 

E.Mustafayevin sözlərinə görə, Vaşinqton Ukraynanın təhlükəsizliyinə təminat verməyə çalışacaq: “ Əgər münaqişə dondurularsa, yaxud gələcəkdə həll olunarsa, Ukraynanın təhlükəsizlik məsələsi mütləq ön plana çıxacaq. Elə bir yol müəyyən ediləcək ki, gələcəkdə Rusiyanın hər hansı təhdidi havada qalsın”. Politoloq, həmçinin vurğulayıb ki, Qərb vaxtilə bu məsələdə ciddi səhvlərə yolverib: “1994-cü ildə SSRİ vaxtından Ukraynada qalmış nüvə silahlarının taleyi müzakirə olunarkən, Qərb və ABŞ həmin silahların Rusiyaya verilməsini təklif etmişdilər və əvəzində Ukraynaya təhlükəsizlik təminatı verəcəyini söz vermişdilər. Amma o zamankı prezident Boris Yeltsini özlərinə loyal hesab etdiklərindən və Rusiyanın Qərbə inteqrasiya istiqamətində ciddi addımlar atacağını düşündüklərdindən ciddi səhvə yol verdilər - Ukraynaya lazımi qaydada təhlükəsizlik zəmanəti vermədilər.  Hazırda baş verən hadisələrdən sonra hər hansı addım atmaq gecdir. Əgər həmin vaxt nüvə başlıqları Ukraynada qalsa idi,  bu gün regionda heç bir gərginlik olmayacaqdı”.

Ukraynaya sülhməramlı kontingent göndəriləcək?

“Təbbi ki, atəşkəslə bağlı danışıqlarda sülhməramlı məsələsi müzakirə olunacaq. Amma hesab etmirəm ki,  Rusiya buna razı olacaq.  Çünki belə bir halda Aİ və ABŞ əsgərlərinin bu missiyanı həyata keçirməsi təklif olunacaq, bu isə Rusiya üçün qəbuledilməzdir” - deyə qeyd edən E.Mustafayev Moskvanın yalnız bu halda sülhməramlı missiyaya razı ola biləcəyini vurğulayıb: “Kreml NATO üzvü olmayan ölkələrin əsgərlərinin BMT çətiri altında bu missiyanı həyata keçirməyə razılıq verə bilər. Amma böyük ehtimalla, Moskva  təmas xəttində sülhməramlıların yerləşdirilməsinə razı olmayacaq. Çünki Kremldəkilər 1000 kilometdən artıq cəbhə xətti boyunca on minlərlə başqa ölkənin əsgərinin yerləşdirilməsini Rusiyaya qarşı təhlükə perspektivi kimi görürlər.  Ola bilsin ki, atəşkəsə nəzarət edən monitorinq qrupunun yaradılmasına razılıq versinlər. Lakin bütün bunlar danışıqlar prosesində masaya qoyulacaq şərtlər və təkliflərdən asılı olacaq”.

Yunis ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Fevral 2025 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri