Icma.az
close
up
RU
Gələcəyin data mərkəzləri

Gələcəyin data mərkəzləri

Icma.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.

Ötən həftə qlobal texnologiya şirkəti “Lenovo” süni intellekt (Sİ) məsələlərinə, Avropa və Azərbaycandakı İT bazarındakı çağırışlara və trendlərə həsr olunmuş konfrans keçiib. 

Konfrans çərçivəsində EMEA regionunda “Lenovo Infrastructure Solutions Group”un innovativ həlləri üzrə direktoru Noam Rosen nəşrimizin jurnalisti ilə müsahibədə Sİ inkişafının növbəti mərhələləri və onu dəstəkləmək üçün tələb olunan İT infrastrukturu barədə məlumat verib.

- Təqdimatınızın əvvəlində siz qeyd etdiniz ki, Sİ gələcəyin rəqəmsal işçi qüvvəsinə çevriləcək. Sİ əməkdaşları kimlərdir?

- Sİ işçiləri, sadə avtomatlaşdırmadan kənara çıxan ağıllı rəqəmsal agentlərdir. Ənənəvi proqram təminatından və ya qaydalara əsaslanan botlardan fərqli olaraq, onlar müəyyən səviyyədə avtonomluqla müvafiq məqsədlərə başlaya, planlaşdıra və hərəkət edə bilərlər. Onlar data əsasında öyrənirlər, konteksti başa düşür və dəyişikliklərə uyğunlaşırlar. Bu tip Sİ agentləri korporativ infrastrukturun bir hissəsi kimi fəaliyyət göstərir, işçilərlə qarşılıqlı əlaqədə olur, səmərəliliyi və innovasiyanı artırırlar.

Sİ işçiləri məlumatları emal etmək, qərarlar qəbul etmək və müştəri xidməti və logistikadan tutmuş maliyyə və İT-yə qədər müxtəlif kross-funksional əməkdaşlığı dəstəkləmək qabiliyyətinə malikdirlər. Onlar insanları əvəz etmirlər, sadəcə gündəlik, əlavə resurs tələb edən tapşırıqları və əməliyyat yükünü öz üzərilərinə götürürlər, bu da əməkdaşlara yaradıcı və ya strateji funksiyalarla məşğul olmağa və işgüzar münasibətlər qurmağa imkan verir.

- Bu cür avtonom Sİ işçilərini dəstəkləmək üçün hansı İT infrastrukturu tələb olunacaq?

- Qlobal sənaye Sİ inkişafının dönüş nöqtəsini yaşayır. Tezliklə milyardlarla rəqəmsal işçi insanlarla əməkdaşlıq etməyə başlayacaq, Sİ isə hər bir tətbiqə inteqrasiya olunacaq. Bu, infrastrukturun necə dizayn edilməli olduğunu kökündən dəyişdirəcək. Ənənəvi dağınıq klasterlər artıq uyğun deyil. "Data cazibəsi" Sİ hesablamalarının məlumatların saxlanıldığı yerə mümkün qədər yaxın aparılmasının zəruriliyini diktə edir, Sİ-nin iş yükünün artan miqyası isə sürətləndirmə, orkestrasiya və enerji səmərəliliyi üçün optimallaşdırılmış yeni arxitekturalar tələb edir.

Sİ işçilərinin səmərəli işləməsi üçün düzgün mühitin olması vacibdir – “Lenovo”da biz buna “Sİ fabrikləri” deyirik. İnsanların ofislərə və kompüterlərə ehtiyacı olduğu kimi, Sİ işçiləri də Sİ iş yüklərini öyrətmək, saxlamaq, orkestrasiya etmək və idarə etmək qabiliyyətinə malik hərtərəfli rəqəmsal infrastruktur tələb edir.

- Sİ fabriki ənənəvi data mərkəzlərindən nə ilə fərqlənir?

- Sİ fabriki, ixtisaslaşmış “full-stack” sistemdir. O, Sİ iş yükünün bütün mərhələlərini idarə etmək üçün hazırlanıb – təlimdən tutmuş nəticəçıxarma, orkestrasiya və idarəetməyədək. Ənənəvi data mərkəzlərindən fərqli olaraq, Sİ fabrikləri yüksəksəmərəli qrafik emal vahidlərini (GPU), maye ilə soyudulan qabaqcıl sistemləri və Sİ üçün optimallaşdırılmış orkestrasiya proqram təminatını birləşdirərək, Sİ-nin iş yükünün unikal tələblərinə cavab vermək üçün xüsusi olaraq konfiqurasiya edilib.

Bu, adi klasterdən daha artıqdır: Sİ fabriki hesablama resurslarını, saxlama sistemlərini, şəbəkə infrastukturunu və proqram təminatını vahid ekosistemə inteqrasiya etməklə avtonom, miqyaslana bilən və enerjiyə qənaət edən Sİ əməliyyatlarını təmin edir. Bu, kənar qurğulardan (edge) və data mərkəzlərindən bulud mühitlərinədək bütün mərhələlərdə iş yükünün davamlı planlaşdırmasını, həyat dövrünün avtomatlaşdırılmasını və təhlükəsiz orkestrasiyanı təmin edir.

Bu transformasiya, “Lenovo” şirkətinin data mərkəzlərini Sİ fabriklərinə çevirmək baxışının əsas elementidir. Bu fabriklər miqyaslana bilən, təhlükəsiz və effektiv mühitlərdir; burada insani və rəqəmsal işçi qüvvələri yan-yana inkişaf edərək, innovasiyaları sürətləndirir və ölçülə bilən biznes dəyəri yaradır.

- O zaman, Sİ fabriklərinin yaxın 10-15 il ərzində bütün korporativ İT infrastrukturunu formalaşdıracağını deyə bilərikmi?

- Bəli, gələcəkdə əksər data mərkəzlərində Sİ infrastrukturu yerləşdiriləcək. Sİ fabrikləri korporativ İT sistemlərinin təməlinə çevriləcək və təşkilatlara yüksək dəqiqlik və nəzarətlə Sİ həllərini yaratmağa, istifadəyə hazır etməyə və miqyaslandırmağa imkan verəcək. Onlar Sİ üzrə ayrı-ayrı eksperimentlərdən davamlı dəyər yaradan sənaye sistemlərinə keçid üçün lazım olan orkestrasiyanı, idarəetməni və məlumat suverenliyini təmin edəcəklər. Sİ fabrikləri Sİ ilə idarə olunan müəssisələrin əməliyyat bünövrəsi kimi xidmət edəcək və innovasiya, çeviklik və uzunmüddətli rəqabətqabiliyyətliliyi təmin edəcəklər.

- “Lenovo”nun məhsul portfeli Sİ fabriklərinin qurulması üzrə İT infrastrukturu və servislər tendensiyalarını nəzərə almağa hazırdırmı?

- Şübhəsiz ki. Bu ilin əvvəlində “Lenovo” agent Sİ platformasını təqdim etdi. Bu, agent Sİ-nin yerində istifadəyə hazır edilməsi və miqyaslandırılması üçün ən geniş həlldir. Çoxsaylı iş yükünü dəstəkləyən sınanmış arxitekturalar, eləcə də standartlaşdırılmış, modul və hibrid istifadəyə hazır etmə variantları sayəsində bu platforma Sİ-nin müxtəlif biznes mühitlərinə inteqrasiyasını asanlaşdırır.

Dünya sürətləndirilmiş hesablamalara keçdikcə, biz bizneslərə Sİ həllərinin hazırlanması və tətbiqi üçün yüksəksəmərəli və təhlükəsiz mühitləri olan Sİ fabriklərini qurmağa, miqyaslandırmağa və idarə etməyə kömək edirik.

Portfelimizə Sİ-yə hazır iş stansiyaları, serverlər, şəbəkə infrastrukturu, saxlama sistemləri, tərəfdaş həlləri və xidmətlər daxildir. O, “NVIDIA Enterprise Reference Architectures” və sertifikatlaşdırılmış “NVIDIA Lenovo ThinkSystem” serverlərindən istifadə etməklə “Lenovo”nun sınanmış freymvorklar üzərində qurulub. Birlikdə, bu həllər Sİ-ni əsas biznes səriştəsinə çevirmək üçün müəssisələrə lazım olan səmərəli, miqyaslana bilən və təhlükəsiz infrastrukturu təmin edir.

- Mövcud data mərkəzləri olan təşkilatlar üçün Sİ fabriklərinin qurulmasına keçid üçün hansı addımları tövsiyə edərdiniz?

- İlk addım, şirkət üçün ən böyük dəyər yaradacaq konkret biznes nəticələrini və Sİ-nin istifadə ssenarilərini müəyyən etməkdir. Biznes məqsədlərinizə uyğun olan aydın Sİ strategiyasını və yol xəritəsini formalaşdırın və şirkətinizin ayrı-ayrı sahələrinin Sİ tətbiqinə hazırlığını qiymətləndirin, məsələn, təhlükəsizlik siyasətlərinin, zəruri proseslər və texnologiyaların mövcudluğunu, işçilərin səlahiyyətlərini və s.

Daha sonra, Sİ və məlumat axınları ilə effektiv şəkildə işləmək üçün zəruri olan hesablama resursları, saxlama sistemləri, şəbəkə və mərkəzləşdirilmiş idarəetmə sistemləri daxil olmaqla, əsas Sİ infrastrukturunu dizayn etmək və qurmaq lazımdır.

Növbəti mərhələ, istifadəyə hazır etmə və inteqrasiyadır. Bütün bunlar davamlı olaraq izlənilməlidir, Sİ fabrikinin səmərəliliyini və biznes təsirini maksimum dərəcədə artırmaq üçün onu optimallaşdırmaq və miqyaslandırmaq lazımdır.

Təşkilatda Sİ tətbiqinin hansı mərhələdə olmasından asılı olmayaraq, “Lenovo” dəstək göstərməyə və AI Fast Start geniş servislər dəsti ilə Sİ fabriklərinin planlaşdırılması, istifadəyə hazır edilməsi və istismarında kömək etməyə hazırdır.

- Real sektorda Sİ fabriklərinin istifadəsinə dair nümunələr varmı?

- Bəli. Hibrid Sİ və Sİ fabriki həllərimiz artıq səhiyyə, maliyyə, istehsalat və pərakəndə satış kimi sahələri dəyişdirir. Bu həllər təşkilatlara innovasiyaları sürətləndirməyə, qərarlar qəbul etməyə, eləcə də müştərilərinin və xəstələrinin təcrübəsini təkmilləşdirməyə kömək edir.

- Müsahibənizə görə, təşəkkür edirik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://marja.az
archiveBu xəbər 05 Dekabr 2025 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see319

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see310

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see307

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see298

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see289

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see277

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see265

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see258

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see256

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see250

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see247

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see242

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see240

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see233

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see220

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see213

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see206

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see197

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri