Icma.az
close
up
RU
ABŞ USAID in minlərlə əməkdaşının işinə xitam verəcək

ABŞ USAID in minlərlə əməkdaşının işinə xitam verəcək

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ administrasiyası Beynəlxalq İnkişaf Agentliyində (USAİD) 2000 vəzifəni ixtisar edəcəyini və qalan işçilərin cüzi bir hissəsi istisna olmaqla, hamısını məcburi məzuniyyətə göndərəcəyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, USAİD əməkdaşlarına göndərilən bəyanatda, prezident Donald Tramp və Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) xarici yardımı dayandırmaq qərarının davamı olaraq onların işlərinə xitam verildiyi bildirilib.

USAID əməkdaşlarına göndərilmiş yazılı bildirişdə: “23 Fevral 2025-ci il bazar günü saat 23:59-dan etibarən, kritik missiyalar, əsas rəhbərlik və xüsusi təyin olunmuş proqramlara cavabdeh olan işçilər istisna olmaqla, USAID-in birbaşa işə qəbulu bütün dünya üzrə inzibati məzuniyyətə buraxılacaq”, - deyə bildirilib.

Məlumat ABŞ-da federal hakimin Tramp administrasiyasına evdə və xaricdə işləyən minlərlə USAİD əməkdaşını işdən çıxarmağa icazə verməsindən sonra verilib.

ABŞ prezidenti Donald Tramp yanvarın 20-də vəzifəsinin icrasına başladıqdan dərhal sonra xarici yardım haqqında fərman imzalayıb. Sərəncamda ABŞ-ın xarici inkişafa yardım proqramlarına cavabdeh olan bütün nazirlik və agentliklərin xarici ölkələrə ödənişlərini kəsəcəyi və proqramın ABŞ-ın xarici siyasətinə uyğunluğunun qiymətləndirilməsi üçün 90 günlük araşdırma müddətinin başlandığı qeyd edilib.

ABŞ Dövlət Departamenti də yanvarın 27-də Departament və USAİD tərəfindən maliyyələşdirilən bütün xarici yardımların dayandırıldığını açıqlayıb.

DOGE-nin rəhbəri Elon Mask, USAİD menecerləri ilə bağlı problemlərə görə işçilərin "inzibati məzuniyyətə" göndərildiyini açıqlayıb. Agentliyin sosial media hesabları da bağlanıb.

Daha sonra Vaşinqton Rayon Məhkəməsinin hakimi Əmir Əli USAID tərəfindən maliyyələşdirilən bütün xarici yardım proqramlarının maliyyələşdirilməsinin müvəqqəti bərpasına göstəriş verib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 Fevral 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri