Pentaqonda ciddi sursat çatışmazlığı üzə çıxıb
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Müdafiə Nazirliyi ciddi sursat çatışmazlığı ilə üzləşib və istehsalın artırılması üçün uzunmüddətli, əhatəli plana malik deyil.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Konqresinin Baş Nəzarət İdarəsinin (GAO) hesabatında bildirilib.
Hesabata əsasən, xüsusilə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlər, həmçinin SM-6 və AIM-120 raketləri çatışmır.
Qeyd olunub ki, 2026-cı ildə İranla baş verən münaqişə ABŞ-nin sursat ehtiyatları ilə bağlı problemlərini daha da ağırlaşdırıb.
Pentaqon ehtiyatların artırılması istiqamətində müəyyən addımlar atsa da, istehsalın uzunmüddətli hədəflərini, maliyyələşdirilməsini və nəticələrin qiymətləndirilməsi mexanizmlərini müəyyən edən vahid plan hazırlamayıb.
Hesabatda vurğulanıb ki, bu vəziyyət görülən tədbirlərin ABŞ ordusunun real ehtiyaclarını nə dərəcədə qarşıladığını qiymətləndirməyi çətinləşdirir.
Baxış sayı:97
Bu xəbər 20 Noyabr 2026 04:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















