Icma.az
close
up
RU
ABŞ ÜST dən və Paris Sazişindən çıxdı Trampdan yeni qərarlar

ABŞ ÜST dən və Paris Sazişindən çıxdı Trampdan yeni qərarlar

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


Amerika Birləşmiş Ştatlarının 47-ci Prezidenti Respublikaçı Donald Tramp ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxarılması haqqında sərəncam imzalayıb.
Yenavaz.com
xəbər verir ki, Tramp ABŞ-nin təşkilatdan çıxmasını ÜST-nin COVID-19 pandemiyası zamanı yanlış hərəkətləri, təşkilatın lazımi islahatları həyata keçirə bilməməsi və ədalətsizliyin yüksək səviyyədə olması ilə izah edib.
O, həmçinin bildirib ki, ABŞ-nin üzvlük haqları digər ölkələrlə müqayisədə çox yüksəkdir:
“ÜST artıq ABŞ-ni qarət edə bilməz”.
Trampın yanvarın 20-də imzaladığı sərəncama əsasən, ABŞ 12 ay sonra Ümumdünya Səhiyyə Təşkilatını tərk edəcək və müvafiq olaraq, onu maliyyələşdirməyi dayandıracaq. ABŞ-nin ÜST-nin 2024-2025-ci illər üçün büdcəsinə töhfəsi 6,8 milyard dollardır.
Xatırladaq ki, Donald Tramp 2020-ci ildə prezident kimi ilk müddətinin sonunda ABŞ-ni Ümumdünya Səhiyyə Təşkilatından çıxarıb. Trampın bu qərarı prezident Bayden tərəfindən 2021-ci ildə ləğv edilib.
2020-ci ildə Tramp Ümumdünya Səhiyyə Təşkilatını Çinin səylərinə kömək etməkdə və COVID-in mənşəyi ilə bağlı dünyanı çaşdırmağa çalışmaqda ittiham edib. ÜST bunu qəti şəkildə rədd edir və Çinə hələ də COVID haqqında məlumat vermək üçün təzyiq etdiyini bəyan edir.
Yanvarın 20-də Prezident Donald Tramp, həmçinin ABŞ-nin Paris İqlim Sazişindən çıxması haqqında da fərman imzalayıb. Bu beynəlxalq müqavilə qlobal istiləşmə ilə mübarizə məqsədi daşıyır.
Tramp prezidentliyinin ilk dövründə də bu razılaşmadan imtina etmişdi. Onun qərarı prezident Bayden tərəfindən ləğv edilmiş və 2021-ci ildə ABŞ Paris Sazişinə qayıtmışdı.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 21 Yanvar 2025 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri