Almaniyada 120 minlik AKSİYA: Z nəsli bunu həll edəcək
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Almaniyada “Gen Z regelt” (“Z nəsli bunu həll edəcək”) adlı yeni gənclər hərəkatı bahalaşmaya, məktəb və universitetlərin maliyyələşdirilməsinin yetərsiz olmasına, ekoloji problemlərə və məcburi hərbi xidmətin bərpası ehtimalına qarşı etiraz aksiyaları keçirib.
Modern.az xəbər verir ki, Berlin, Frankfurt, Köln və Münhen də daxil olmaqla, bir sıra böyük şəhərlərdə keçirilən aksiyalarda ümumilikdə 120 min nəfər iştirak edib.
Berlində nümayişlər əsasən dinc keçsə də, Köln və Hamburqda polis su şırnaqlarından və xüsusi təyinatlı qüvvələrdən istifadə edib. Frankfurtda isə etirazçılar mağazaların vitrinlərini sındırıb, polis əməkdaşlarına yandırıcı qarışıqlar olan butulkalar atıblar.
Hərəkatın təşkilatçıları bildiriblər ki, gənclər gələcəkləri ilə bağlı qərarların onların iştirakı olmadan verilməsinə qarşıdırlar.
Etirazlar Fransada da davam edib. Ölkə üzrə “Sarı jiletlilər” hərəkatının aksiyalarına 320 min nəfər qatılıb. Onlardan 70 mini Parisdə nümayiş keçirib. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiyalar zamanı 296 nəfər saxlanılıb.
Ölkənin bir sıra şəhərlərində etirazçılarla polis arasında toqquşmalar baş verib, mağazalara ziyan dəyib və yanğınlar törədilib. Təhlükəsizlik tədbirləri çərçivəsində ölkə üzrə əlavə 70 min hüquq-mühafizə əməkdaşı səfərbər olunub.
Fransada etirazlar sentyabrın sonlarında məktəblərin vəziyyətinin yaxşılaşdırılması, müəllim və resurs çatışmazlığının aradan qaldırılması tələbləri ilə başlayıb. Daha sonra bahalaşmaya qarşı çıxan “Sarı jiletlilər” də aksiyalara qoşulub.
Qeyd edək ki, Fransada noyabrın 5-də həyatın bahalaşmasına etiraz olaraq ümummilli tətil və genişmiqyaslı aksiyalar keçirilməsi planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 01 Noyabr 2026 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















