Kinodan fraqment yox, həqiqətdir... Fotolar
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Məlum olduğu kimi, Almaniyada “Gen Z regelt” (“Z Nəsli Həll Edir”) gənclər hərəkatının çağırışı ilə 34 şəhərdə kütləvi etiraz aksiyaları keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Berlində keçirilən aksiyada diqqətçəkən görüntülərdən biri “Batman” kostyumunda olan şəxsin nümayişə qatılması olub.
Nümayişlərin “Halloween” gününə təsadüf etməsi səbəbindən bəzi iştirakçılar fərqli kostyumlar geyiniblər. Onların arasında “dinozavr” və “Batman” obrazında olan şəxslər də olub.
Aksiyalarda iştirakçılar “Müqavimət vaxtıdır” və “Merts getməlidir” yazılı plakatlar da qaldırıblar. Onlar təhsil xərclərinin artırılmasını, yaşayış qiymətlərinin azaldılmasını və məcburi hərbi xidmət planlarından imtinanı tələb ediblər.
Qeyd edək ki, “GenZ regelt!” hərəkatının təşkil etdiyi nümayişlərə Almaniyanın 34 şəhərində on minlərlə insan qatılıb.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 01 Noyabr 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















