ABŞ və Britaniya kibercinayətkarlara qarşı ən böyük sanksiyaları tətbiq edib
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Maliyyə Nazirliyi Böyük Britaniya Xarici İşlər Nazirliyi ilə birlikdə ABŞ vətəndaşlarını və müttəfiq ölkələri hədəf alan onlayn fırıldaqçılıq və çirkli pulların yuyulması ilə məşğul olan transmilli cinayət şəbəkələrinə qarşı genişmiqyaslı tədbirlər elan edib.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat paylaşılıb.
Çen Çjinin rəhbərlik etdiyi və Kambocada yerləşən "Prince Group TCO" təşkilatı da daxil olmaqla, cinayətkar təşkilatla əlaqəli 146 şəxs və şirkətə qarşı sanksiyalar tətbiq edilib. Şəbəkə amerikalıları və digər vətəndaşları hədəf alan onlayn investisiya fırıldaqları həyata keçirib.
Eyni zamanda, Maliyyə Cinayətləri ilə Mübrizə Şəbəkəsi Kamboca maliyyə konqlomeratı "Huione Group"u virtual valyuta fırıldaqçılığı və kiberhücumlardan əldə edilən milyardlarla dolların yuyulmasına görə ABŞ maliyyə sistemindən çıxarıb.
Böyük Britaniya həmçinin "Prince Holding Group", Çen Çji və onun tərəfdaşlarına qarşı da sanksiyalar tətbiq edib. Bu tədbirlər Nyu Yorkun şərq bölgəsində Çen Çjiyə qarşı ittiham aktının dərc edilməsi ilə müşayiət olunub və FTB ilə ABŞ Ədliyyə Nazirliyi ilə razılaşdırılıb.
ABŞ səlahiyyətlilərinin hesablamalarına görə, onlayn fırıldaqçılıqdan ABŞ vətəndaşlarına dəyən zərər 16,6 milyard dolları ötüb, əməliyyatların əhəmiyyətli hissəsi Cənub-Şərqi Asiyada, o cümlədən Kambocada cinayətkar şəbəkələrin nəzarətindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 14 Oktyabr 2025 23:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















