ABŞ və Çin arasında kritik görüş
Icma.az, Banco.az portalına istinadən məlumat verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Çinin iqtisadi əlaqələrdən məsul baş nazir müavini Hı Lifıngın ABŞ-ın maliyyə naziri Skott Bessent və ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrir ilə görüş keçirdiyi bildirilib.
Banco.az xəbər verir ki, Xinhua agentliyinin xəbərinə görə, videokonfrans formatında keçirilən görüşdə ABŞ Prezidenti Donald Tramp ilə Çin Dövlət Başçısı Si Cinpinin 30 oktyabrda Cənubi Koreyanın Busan şəhərində keçirilən zirvə görüşündə həmçinin 24 noyabrda baş tutan telefon danışığında əldə etdikləri razılaşmaların icrasına yönələcək addımlar müzakirə edilib.
Tərəflər iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin sabit inkişafını təşviq etməklə əməkdaşlığı gücləndirmək və problemləri azaltmaq barədə "eyni fikirdə" olduqlarını bildiriblər.
ABŞ ilə Çin arasındakı münasibətlər son aylarda bir-birini izləyən bir sıra anlaşılmazlıqlar fonunda gərginləşib. Bir tərəfdən Tramp administrasiyasının gömrük rüsumlarını artırması, digər tərəfdən isə Çinin qlobal istehsalda önəmli yer tutan nadir torpaq elementlərinin nəzarətinə dair atdığı addımlar gərginliyi artırıb.
Ən yüksək faiz verən depozit hansı bankdadır?
İki ölkə liderlərinin görüşü zamanı qarşılıqlı olaraq tətbiq etdikləri 24 faiz əlavə tarifin 10 noyabrdan etibarən bir il müddətinə təxirə salınması barədə razılıq əldə olunmuşdu.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 07 Dekabr 2025 23:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















