Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Biznes kreditlərində rekord artım

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

ABŞ və Çin razılaşmağa məhkumdurlar” Ramiz Yunus

ABŞ və Çin razılaşmağa məhkumdurlar” Ramiz Yunus

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-də yaşayan politoloq, Xəzər Universitetinin professoru Ramiz Yunus hesab edir ki, ABŞ Prezidentinin Asiya ölkələrinə səfəri hazırkı qlobal geosiyasi proseslər baxımından böyük əhəmiyyət daşıyır.

Professor bildirib ki, bir çox əsas ölkə və regionların bu proseslərə dərin şəkildə cəlb olunduğu bir vaxtda, Asiya turunun kulminasiyası sayılan ABŞ və Çin liderlərinin çoxdan gözlənilən görüşü bir sıra mürəkkəb məsələlərin həlli baxımından həlledici ola bilər. 

“Bu görüşdən Rusiya ilə Ukrayna arasındakı amansız müharibənin necə dayandırılacağı məsələsinin də asılı olacağı istisna deyil”, – deyə Yunus vurğulayıb.

O qeyd edib ki, ABŞ və Çin liderləri təkcə siyasi deyil, həm də iqtisadi məsələləri müzakirə edəcəklər. 

“İki əsas iqtisadi güc olan ABŞ və Çin iqtisadi baxımdan bir-birinə çox sıx bağlıdır. Mən dəfələrlə vurğulamışam ki, bu iki ölkə razılaşmağa məhkumdur. Onlar arasında nə hərbi qarşıdurma, nə də genişmiqyaslı ticarət müharibəsi baş verməyəcək. Çünki bu, həm onların özlərinə, həm də Avropa İttifaqı və Qlobal Cənubun aparıcı dövlətləri kimi iqtisadi tərəfdaşlarına ciddi zərbə vurardı”, – deyə politoloq bildirib.

Ramiz Yunusun sözlərinə görə, ABŞ və Çin liderlərinin görüşü ərəfəsində verilən bəzi açıqlamalar, tərəflərin potensial ticarət sazişinin əsas prinsipləri barədə artıq razılığa gəldiklərini göstərir.

“Mümkündür ki, bu sazişin tərkibinə ABŞ bazarındakı TikTok seqmenti ilə bağlı razılaşma, eləcə də Çinin nadir torpaq metallarının ixracına nəzarətin sərtləşdirilməsinin təxirə salınması da daxil olsun”, – deyə o qeyd edib.

Ekspert hesab edir ki, danışıqlardakı ən çətin məsələ Rusiya-Ukrayna müharibəsi olacaq: “Bu müharibədə ABŞ və Çin tamamilə zidd mövqelərdə dayanır. Amma böyük siyasətdə elə gözlənilməz dönüşlər olur ki, əvvəllər mümkünsüz görünən addımlar reallığa çevrilir. Necə ki, ötən əsrin 70-ci illərində ABŞ liderləri Nikson və Kissincer Pekini Moskvadan uzaqlaşdırmağa nail oldular və bu, sonda SSRİ-nin zəifləməsinə, Əfqanıstan avantürasından sonra isə tam çöküşünə gətirdi”.

Yunus xatırladıb ki, həmin dövrdə “mübadilə kartı” rolunda Tayvan istifadə olunmuşdu: “Tayvan o vaxtdan bəri ABŞ-ın tam təsiri altındadır və Vaşinqton bu adadan həm Çini cilovlamaq, həm də ona təzyiq göstərmək üçün rıçaq kimi istifadə edir”.

Politoloq sonda qeyd edib: “Maraqlıdır, görəsən, bu gün Prezident Tramp Si Cinpinə elə bir təklif verə biləcəkmi ki, o, bundan imtina edə bilməsin? Axı Tayvan mövzusu Çin üçün ekzistensial məsələdir. Otto fon Bismarkın dediyi kimi: ‘Siyasət — mümkün olanın sənətidir’”.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Oktyabr 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see433

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see383

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see356

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see344

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see297

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see294

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see285

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see263

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see261

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see254

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see249

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see246

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see242

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see234

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see225

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see218

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see212

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see199

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see196

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri