Icma.az
close
up
RU
ABŞ və Çin süni intellekt sahəsində əməkdaşlıq üçün yeni dialoqa başlayır

ABŞ və Çin süni intellekt sahəsində əməkdaşlıq üçün yeni dialoqa başlayır

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müasir dünyanın texnoloji inkişafında süni intellekt uğrunda rəqabət böyük dövlətlər arasında münasibətlərin əsas istiqamətlərindən birinə çevrilib. Bu sahədə liderlik uğrunda mübarizə aparan ABŞ və Çin isə texnoloji üstünlüklərini qorumaqla yanaşı, süni intellektin yarada biləcəyi təhlükələrin qarşısının alınması üçün əməkdaşlığın vacibliyini də qəbul edirlər.

Reuters agentliyinin yaydığı məlumata görə, ABŞ-ın maliyyə naziri Skott Bessent Vaşinqton və Pekinin süni intellekt sahəsindəki rəqabətə baxmayaraq, texnologiyanın risklərinin idarə olunması istiqamətində birgə fəaliyyət göstərməli olduğunu bildirib.

Bessent bu açıqlamanı Nyu-Yorkda ABŞ–Çin Münasibətləri üzrə Milli Komitənin 60 illik yubiley tədbirində çıxışı zamanı səsləndirib. O qeyd edib ki, iki ölkə arasında maraq və yanaşma fərqləri mövcud olsa da, süni intellektin təhlükəsiz inkişafı üçün qarşılıqlı əməkdaşlıq imkanları qorunmalıdır.

Məlumata əsasən, ABŞ Prezidenti Donald Trampın noyabrın 18–19-da Çinin Şençjen şəhərində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşü zamanı süni intellekt sahəsində yeni ikitərəfli dialoqun irəlilədilməsi gözlənilir. Bu dialoqun əsas istiqaməti qabaqcıl süni intellekt sistemlərinin təhlükəsizliyi, onların sınaqdan keçirilməsi və mümkün risklərin vaxtında müəyyənləşdirilməsi olacaq.

Bessentin sözlərinə görə, tərəflər qabaqcıl süni intellekt modellərinin istifadəyə verilməzdən əvvəl qiymətləndirilməsi və sınaqdan keçirilməsi üzrə təcrübə mübadiləsi aparmağı, həmçinin ciddi texnoloji insidentlər barədə bir-birini məlumatlandırmaq üçün birbaşa əlaqə kanalı yaratmağı nəzərdə tuturlar.

Nazir xüsusilə vurğulayıb ki, süni intellektin inkişafında insan mühakiməsi və nəzarəti əsas rolunu qoruyub saxlamalıdır. Onun fikrincə, texnoloji tərəqqi dövlətlərin təhlükəsizlik və məsuliyyət öhdəliklərini arxa plana keçirməməlidir.

Agentliyin məlumatında ABŞ və Çin arasında iqtisadi münasibətlərin də müzakirə olunduğu bildirilir. Tərəflər əvvəlki görüşlərdə həssas olmayan məhsullar üzrə qarşılıqlı tariflərin azaldılması imkanlarını araşdırmaq üçün Ticarət Şurasının yaradılması, eləcə də investisiya və bazara çıxış məsələlərinin müzakirəsi üçün ayrıca mexanizmin formalaşdırılması barədə razılığa gəliblər.

Bununla yanaşı, Bessent ABŞ-ın Çinlə münasibətlərdə məqsədinin iqtisadi əlaqələri tamamilə kəsmək deyil, riskləri azaltmaq olduğunu bildirib.

Baş verənlər göstərir ki, süni intellekt artıq yalnız texnoloji yenilik və iqtisadi üstünlük vasitəsi deyil, həm də beynəlxalq təhlükəsizlik və dövlətlərarası münasibətlərin mühüm amilidir. Dünyanın iki aparıcı iqtisadi gücünün bu sahədə dialoqa üstünlük verməsi qlobal texnoloji idarəetmənin gələcəyi baxımından əhəmiyyət daşıyır.

Əsas məsələ isə rəqabətin məsuliyyətli əməkdaşlığa mane olmaması, süni intellektin insanlığın rifahına xidmət edən təhlükəsiz texnologiyaya çevrilməsidir.

N.Adilqızı
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Noyabr 2026 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see363

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see337

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see333

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see329

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see311

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see307

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see291

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see291

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see277

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see263

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see259

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see241

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see235

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see235

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see234

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see231

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see202

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri