Icma.az
close
up
RU
“Əhalinin gəlirləri birmənalı olaraq artacaq”

“Əhalinin gəlirləri birmənalı olaraq artacaq”

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq.

Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.

"Cebheinfo.az" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. 

“Hökumət tərəfindən hazırlanan layihələr yekun versiyada ölkə başçısına təqdim edildikdən, müvafiq fərmanlar imzalandıqdan sonra həmin vəsaitlərin də müvafiq maddələrinin bölgüsü aparılacaq və o rəqəmləri də hər birimiz görəcəyik. Əhalinin, xüsusilə pensiyaçıların rifahının qorunması üçün ölkəmizdə hər il pensiyaların indeksasiyası həyata keçirilir. Bu indeksasiya rəqəmi öncəki il orta əmək haqqının artım məbləğinə uyğun şəkildə həyata keçirilir.

Orta hesabla son 5 ildə indeksasiyalar 9%-in üzərində və ya 9% ətrafında olub. Nəzərə alsaq ki, cari ildə bizim inflyasiya faktımız 10 aylıq göstərici üzrə 5,6%-dir. Gələn il üçün proqnozumuz 5,3%-dir və nəzərə alsaq ki, pensiya indeksasiyası həm ənənəvi olaraq son illərin rəqəmini nəzərə alanda və cari il 10 ayında orta əməkhaqqı artımı rəqəmlərini nəzərə alanda düşünürük ki, bu indeksasiya yenə də həmin inflyasiyadan artıq olacaq və əhalinin gəlirləri birmənalı olaraq artacaq.

Rəqəmi bu gün niyə səsləndirə bilmirik, qanuna əsasən bu, illik 12 aylıq orta əməkhaqqı artım məbləğindədir və bu orta illik artım rəqəmini də yanvar ayının sonlarında biləcəyik. Amma cari dövrdə artım səhv eləmirəmsə, 7,8% ətrafındadır. İndi növbəti iki ayın göstəricilərini fakt olaraq görəcəyik və müvafiq indeksasiyalar pensiyaçılarımızın gəlirlərinin real artımını təmin edə biləcək. Yəni həm inflyasiyaya qarşı, həm digər faktorlara qarşı”, - nazir əlavə edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Noyabr 2026 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see374

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see341

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see337

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see333

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see315

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see307

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see296

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see295

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see283

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see265

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see265

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see247

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see238

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see236

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see233

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see221

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see207

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see187

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri