Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

ABŞ və Çin yenidən bir araya gələcək

ABŞ və Çin yenidən bir araya gələcək

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ və Çin rəsmiləri yenidən bir araya gələcək. Belə ki, qarşıdakı həftənin əvvəlində İsveçin paytaxtı Stokholm şəhərində iki ölkə arasında gömrük rüsumlarına və ticari münasibətlərinə dair  danışıqlar aparılacaq. ABŞ-ın maliyyə naziri Skott Bessent “Fox Business” telekanalına müsahibəsində bildirib ki, görüş bazar ertəsi və çərşənbə axşamı baş tutacaq. ABŞ rəsmisinin sözlərinə görə, əsas müzakirə mövzusu avqustun 12-də başa çatacaq müvəqqəti ticarət sazişinin müddətinin mümkün uzadılması olacaq. Bununla yanaşı, danışıqlar zamanı Çinin Rusiya və İrandan neft alması, ticarət balansının pozulması və nadir torpaq metallarının ixracına qoyulan məhdudiyyətlər kimi həssas məsələlərə də toxunula bilər.

İsveçin Baş naziri Ulf Kristersson tərəfləri salamlayaraq dialoqun vacibliyini vurğulayıb: “ABŞ və Çinin qarşılıqlı anlaşma istiqamətində səyləri yaxşı haldır. Bu danışıqlar təkcə iki ölkə üçün deyil, bütün qlobal iqtisadiyyat üçün vacibdir”, - deyə  U.Kristersson qeyd edib.

ABŞ və Çin üçün prioritet məsələlər

Məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin siyasi eksperti Sultan Zahidov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Stokholm görüşündə üç əsas məsələ ətrafında müzakirə aparılacaq. “Önümüzdəki həftədə - iyulun 27 və 28-də İsveçin paytaxtı Stokholmda ABŞ və Çinin yüksək rəsmiləri arasında ticarət və gömrük məsələlərinə həsr olunan görüş baş tutacaq. Bu görüşün əsas mövzusu iyunun 27-də ABŞ ilə Çin arasında imzalanan ilkin ticarət sazişinin müddətinin uzadılması olacaq. Bu sazişin müddəti avqustun 12-də tamamlanır. Qeyd edim ki, sazişdə bir çox önəmli məsələlər üzrə razılıq əldə olunmuşdu. Belə ki, rəsmi Vaşinqton Çinin ABŞ-a nadir torpaq metallarının ixracına “yaşıl işıq” yandırmışdı. Ümumiyyətlə, nadir metallar ABŞ-da mikro çiplərin, elektrik avtomobillərin və müdafiə xarakterli məhsulların istehsalında vacib elementlər hesab olunur. Eyni zamanda, ABŞ Çinə tətbiq etdiyi ticari, texnoloji və viza məhdudiyyətlərini aradan götürmək üçün öhdəlik də götürmüşdü. Hər iki ölkə gömrük məsələsində də razılığa gəlmişdilər. Sazişə əsasən, ABŞ Çin məhsullarına gömrük rüsumlarını 30 faiz, Çin isə ABŞ məhsullarına gömrük rüsumlarını 10 faiz  azaltmışdı. Bu da, sözsüz ki, ABŞ ilə Çin arasında iqtisadi gərginliyin yumşalması üçün xüsusi əhəmiyyət kəsb edir. Stokholm görüşündə bir sıra önəmli məsələləri özündə ehtiva edən sazişin müddətinin 90 gün və ya daha çox uzadılması ilə bağlı məsələyə daha çox diqqət yetiriləcək,” - deyə S.Zahidov vurğulayıb. Ekspertin sözlərinə görə, görüşdə, həmçinin Rusiya-Çin münasibətlərinə və ticarət balansının pozulması məsələsinə də toxunalacaq: “Bildiyimiz kimi, Ağ Evin rəhbəri Rusiyaya 50 gün möhlət verib - o, bu yaxınlarda çıxışında bəyan edib ki, Moskva bu müddət ərzində danışıqlar masası arxasına gəlməsə, Rusiya ilə ticarət edən, xüsusilə bu ölkədən neft idxal edən ölkələrə, eləcə də Çinə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq ediləcək. Təbii ki, rəsmi Pekinin bu məsələdə Vaşinqtona güzəştə getməyi inandırıcı deyil. Pekin ABŞ-a görə Rusiya ilə münasibətlərini korlaması gözlənilən deyil”.

Ekspert əlavə edib ki, Çin ilə ticarət balansının nizamlanması Tramp administrasiyasının gündəliyində ən önəmli məsələlərdən biridir. “Xatırladım ki, Tramp hələ seçki qabağı kampaniyasında Çini ticarət balansını pozmaqda günahlandırırdı - o, bəyan edirdi ki, Çin qlobal bazarda daha çox məhsul satır, nəinki alır. Ağ Evdə hesab edirlər ki, ticarət balansının pozulması Çinin lehinə işləyir”.

Əməkdaşlıq, yoxsa rəqabət

“ABŞ və Çin geosiyasi, geostrateji və geoiqtisadi cəhətdən bir-birinə rəqibdir. Qlobal iqtisadi rəqabətdə Çin ABŞ ilə bərabər irəliləyir. Demək olar ki, Çin məhsulları qlobal bazarlarda ABŞ məhsullarına nisbətən daha çox satılır. Bu da ABŞ iqtisadiyyatına dolayı yolla öz mənfi təsirini göstərir. ABŞ strateqləri hesab edirlər ki, ABŞ-ın əsas qlobal rəqibi Çindir. Hətta ABŞ-ın sabiq dövlət rəsmisi və beynəlxalq münasibətlər üzrə tanınmış mütəxəssisi Henri Kissincer 2014-cü ildə yazdığı “Dünya Düzəni” kitabında qeyd etmişdi ki, ABŞ hazırki qlobal strategiyasını Çinlə geosiyasi və geoiqtisadi rəqabət üzərində qurmalıdır.  Çin iqtisadiyyatının inkişafı onun qlobal təsir imkanlarına malik olan hərbi-siyasi güc mərkəzinə çevrilməsinə yol açır. Bu da ABŞ üçün arzuolunan deyil. Bu baxımdan qlobal iqtisadiyyatın tənzimlənməsində ABŞ-Çin əməkdaşlığı mümkün görünmür”, - deyə S.Zahidov bildirib.

Yunis ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 İyul 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see515

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see486

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see298

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see277

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see271

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see268

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see260

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see259

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see253

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see252

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see235

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see232

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see231

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see223

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see211

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see207

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see205

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri