ABŞ və Finlandiya 11 buzqıran gəminin inşası ilə bağlı razılığa gəliblər
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Vaşinqton, 10 oktyabr, AZƏRTAC
ABŞ və Finlandiya ABŞ-ın Arktika regionunda müdafiəsini gücləndirməyə kömək edə biləcək 11 buzqıran gəminin inşası ilə bağlı razılığa gəliblər. AZƏRTAC-ın məlumatına görə, bu barədə iki ölkə lideri Ağ Evdə keçirilən görüş zamanı elan edib.
Müqaviləyə əsasən buzqıran gəmilərin dördü Finlandiyada, yeddisi isə ABŞ-da düzəldiləcək.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Finlandiya ABŞ-a buzqıran gəmi işini öyrədəcək.
Finlandiya Prezidenti Aleksandr Stubb Arktikanın ABŞ-ın maraqları üçün əsas strateji bölgə olduğunu qeyd edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

ABŞ və Finlandiya razılığa gəldi: 11 gəmi...
10 Oktyabr 2025 01:12
Azərbaycan və Finlandiya alimləri birgə elmi fəaliyyətlə bağlı razılığa gəliblər
08 Sentyabr 2025 14:55
ABŞ Finlandiyadan 11 buzqıran gəmi alacaq
10 Oktyabr 2025 00:04
ABŞ və İraq kəmərlə bağlı razılığa gəliblər
26 Fevral 2025 12:37
Çin və ABŞ razılığa gəliblər
12 May 2025 09:25

