Icma.az
close
up
RU
ABŞ və İran arasında memorandum imzalansa da, gərginlik niyə səngimir? ŞƏRH

ABŞ və İran arasında memorandum imzalansa da, gərginlik niyə səngimir? ŞƏRH

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Amerika Birləşmiş Ştatları (ABŞ) ilə İran İslam Respublikası arasında memorandum imzalanmasına baxmayaraq, tərəflər arasındakı gərginlik hələ də davam edir. Dövlət rəsmiləri qarşılıqlı şəkildə sərt və hədələyici bəyanatlar səsləndirir, Vaşinqton və Tehran arasında keçirilməsi planlaşdırılan texniki danışıqlar isə ləğv olunub.

Belə olan halda sual yaranır: tərəflər razılığa gəliblərsə, niyə gərginlik azalmır, niyə davamlı atəşkəs və sabit sülh mühiti formalaşmır?

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev Redaktor.az-a bildirdi ki, ABŞ ilə İran arasında yaşanan gərginlik yeni yaranmış vəziyyət deyil:

"Uzun illərdir tərəflər arasında kifayət qədər gərgin münasibətlər mövcuddur. Bu münasibətlər müxtəlif dövrlərdə bəzən açıq qarşıdurmaya, bəzən isə siyasi gərginliyə çevrilib. Cəmiyyətlər arasındakı ideoloji və köklü fərqlər bu gün də özünü bütün sahələrdə göstərir. Qarşıdurmanın əsas səbəblərindən biri də qarşılıqlı etimadsızlıqdır. Nə ABŞ İrana, nə də İran ABŞ-yə etimad göstərir. Elektron və ya distant qaydada imzalanmış razılaşmalar bu etimadı formalaşdırmaq üçün kifayət deyil. Əgər həqiqətən də davamlı sülh hədəflənirsə, bunun üçün mütləq sülh quruculuğu prosesi həyata keçirilməlidir".

Politoloqun sözlərinə görə, onilliklər boyu qarşıdurma şəraitində yaşamış iki dövlətdən bir neçə gün əvvəl imzalanmış sənədin dərhal tam etimad və dostluq münasibətləri yaradacağını gözləmək düzgün yanaşma deyil:

"Diqqət yetirilməli olan digər məqam odur ki, memorandum dövlət başçılarının üz-üzə görüşü zamanı deyil, elektron formatda razılaşdırılıb. Bu da göstərir ki, iki ölkənin rəhbərləri arasında hələ də yetərli etimad formalaşmayıb. Müqayisə üçün qeyd edim ki, Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ müharibəsinə son qoyan üçtərəfli bəyanat onlayn qaydada imzalansa da, yekun sülh sazişinin mətninin paraflanması Vaşinqton görüşü zamanı baş tutdu. Yəni dövlət rəhbərlərinin eyni məkanda görüşməsi mümkün oldu və bu, sülh prosesinin mühüm elementlərindən biridir. Digər tərəfdən, hər iki dövlətin regionda dəyişməz strateji maraqları var və həmin maraqlar ətrafında ciddi rəqabət davam edir. Buna görə də cəmi 16 bənddən ibarət memorandumun bütün problemləri həll edəcəyini gözləmək real görünmür".

Ekspert hesab edir ki, tərəflər yenidən danışıqlar masasına qayıtmağa məcbur olacaqlar:

"Müasir beynəlxalq siyasi və iqtisadi reallıqlar bunu zəruri edir. Regionda ABŞ, İsrail və İranın iştirakı ilə genişmiqyaslı müharibənin baş verməsi nə həmin dövlətlərin, nə də beynəlxalq sistemin maraqlarına uyğundur".

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 İyun 2026 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see319

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see317

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see315

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see310

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see296

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see291

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see289

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see286

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see270

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see266

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see260

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see244

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see242

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see241

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see230

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see222

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see222

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see217

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see211

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri