Icma.az
close
up
RU
ABŞ və İran arasında atəşkəs uzadılacaq? Şərh

ABŞ və İran arasında atəşkəs uzadılacaq? Şərh

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Əslində həm Amerika Birləşmiş Ştatları, həm də İran atəşkəs barədə memorandumun daha 60 gün müddətinə uzadıla biləcəyini bir müddət öncə bəyan etmişdilər və hazırda Pakistan bu məsələ ilə məşğuldur. Hər iki tərəf arasında atəşkəsin uzadılma şərtlərini müzakirə prosesi davam edir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirdi.

"Ümumi götürdükdə, həm ABŞ, həm də İran atəşkəs memorandumunun uzadılmasında birbaşa maraqlıdırlar. Yəni bu iki dövlət üçün savaşın dayandırılması və yaxud da sülh sazişinin imzalanmasından daha çox, atəşkəs memorandumunun uzadılması daha böyük əhəmiyyət daşıyır. Çünki hər iki tərəfin hərbi-strateji ideologiyası, yəni hədəfləri reallaşmamış qalır və həmin hədəflərlə bağlı hər iki tərəf öz daxili auditoriyalarına kifayət qədər geniş təbliğat aparıblar. İndi də aparılan təbliğatla yaranmış situasiya kəskin şəkildə ziddiyyət təşkil edir. Ona görə də hər iki tərəf sülh sazişində maraqlı deyillər. Ancaq sülh sazişi imzalanmasa belə, savaşın davam etdirilməsi, yəni aktiv hərbi əməliyyatlar da hər iki tərəfin maraqlarına indiki situasiyada uyğun deyil".

Onun sözlərinə görə, xüsusilə də ABŞ aralıq seçkilərinə qədər savaşın davam etdirilməməsində, yəni aktiv hərbi əməliyyatların aparılmamasında maraqlıdır:

"Bu seçkilərə Tramp administrasiyası və Amerika respublikaçıları savaşsız bir mühitdə girməyə üstünlük verirlər. Yəni bu baxımdan, aralıq seçkilərə qədər fəal hərbi əməliyyatlar gözlənilmir. Eyni zamanda, İrandakı dini-siyasi elita da savaşın atəşkəs mərhələsi ilə əvəzlənməsində maraqlıdır. Sülh sazişinin imzalanmasından daha çox, məhz atəşkəsdə və yaxud da hərbi əməliyyatlarda fasilənin yaranmasında maraqlıdırlar. Çünki bu, İranın dini-siyasi elitasına həm ölkə daxilindəki auditoriyaya, həm də müsəlman dünyasına “güclü İran” təbliğatı aparmaq imkanları açır.

Savaşın tam dayandırılması və sülh sazişinin imzalanması ilə bağlı prosesin pozitiv nəticələnməsi dini-siyasi elita üçün təhlükələr vəd edir. Çünki bu halda ölkə daxilində yığılmış narazılıq potensialı birbaşa dini-siyasi elitaya qarşı çevrilə bilər. Yəni savaş vəziyyəti dini-siyasi elitaya ölkədaxili problemlərdən mümkün qədər müdafiə olunmaq, ölkə daxilindəki təzyiqlərdən yayınmaq imkanları verir. Bu baxımdan, hər iki tərəf üçün atəşkəs mərhələsinin daha 60 gün uzadılması sərfəlidir. Böyük ehtimalla, Pakistanın vasitəçiliyi ilə bu məsələ pozitiv şəkildə həll oluna bilər".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Avqust 2026 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see891

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see342

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see314

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see301

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see278

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see265

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see232

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see230

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see212

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see205

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see203

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see202

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see201

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see201

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see195

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see188

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see188

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see187

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see175

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri