Icma.az
close
up
RU
ABŞ və İran arasında razılaşma mümkün olacaqmı? Cenevrədə gərgin görüş

ABŞ və İran arasında razılaşma mümkün olacaqmı? Cenevrədə gərgin görüş

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tofiq Abbasov: "Hücum olsa, İran ABŞ bazalarını vuracaq!”

Fevralın 17-də Cenevrədə ABŞ və İran arasında növbəti nüvə danışıqları keçiriləcək. İsrailin Baş naziri Benyamin Netanyahu mümkün razılaşmanın perspektivlərinə şübhə ilə yanaşdığını açıqlayıb. İsrail İranın yalnız uran zənginləşdirmə prosesini dayandırmasını deyil, həm də bu sahədə bütün imkanlardan məhrum edilməsini tələb edir. ABŞ administrasiyası isə danışıqlar uğursuz olacağı halda İsrailin İrana qarşı mümkün zərbələrini dəstəkləyəcəyinə dair mövqe bildirib. Mövcud gərginlik fonunda Cenevrə görüşündə tərəflər arasında real və davamlı razılaşma əldə oluna bilərmi?

Mövzu ilə bağlı siyasi şərhçi Tofiq Abbasov “AzPolitika”ya açıqlamasında bildirib ki, Cenevrə danışıqları ərəfəsi heç də müsbət dönüş vəd etmir.

Onun sözlərinə görə, tərəflər faktiki olaraq mövqelərindən geri çəkilmirlər: “ABŞ-ın İrana dair tələbləri demək olar ki, qəbuledilməzdir və Tehran onları heç vaxt qəbul etməyəcək. Ola bilsin ki, İran nüvənin zənginləşmə səviyyəsini müəyyən qədər azaldaraq 60%-dən aşağı səviyyəyə gətirsin, ancaq bu, prinsipial olaraq heç nəyi dəyişmir. Məsələ ondadır ki, İran istəsə, təxminən 5-6 ay ərzində nüvə silahı hazırlaya bilər. Lakin bu, onların milli konsepsiyasına uyğun deyil, çünki nüvə silahı İslam qaydalarına ziddir. Yəni belə silahdan ünvanlı şəkildə istifadə olunmayacaq; əgər istifadə ediləcəksə, kütlələri hədəf alacaq ki, bu da İslam prinsipləri ilə qəbuledilməzdir”.


Politoloq qeyd edib ki, digər tələblər isə ümumiyyətlə yersizdir. ABŞ faktiki olaraq İrana kapitulyasiya təklif edir: silah və raketlərdən imtina et, proksi qüvvələrinə dəstək vermə, onlarla əlaqəni kəs və daxilində hakimiyyət dəyişsin: “Bu, beynəlxalq təcrübədə rast gəlinməyən bir tələbdir. Yada salaq ki, yaxınlarda ABŞ prezidenti Donald Tramp İranlılara deyirdi ki, hücum edin, binaları yandırın, məmurları həbs edin, lazım gələrsə öldürün – vəd isə sonradan boşa çıxdı. Danışıqlarda ABŞ əsasən təzyiq elementlərindən istifadə edirdi, hətta görüşün İstanbulda keçirilməsini təklif etdi. İran isə görüşün Omanda keçirləməsini istədi. Bu dəfə ABŞ razılıq vermədi. Bu psixoloji və mövqe qarşıdurmasında İran ABŞ qarşısında üstün görünür. Digər tərəfdən, ABŞ bölgəyə silah və gəmilər göndərsə də, bu, onun hücum etməyə cürət etmədiyini göstərir. ABŞ-ın ənənəsinə görə, əgər hərbiçilər müharibə və ya lokal əməliyyatı dəstəkləmirsə, siyasətçilər də istəmir. Bu dəfə də məlumdur ki, ABŞ hərbi rəhbərliyi İrana qarşı əməliyyatı istəmir”.

T.Abbasov vurğulayıb ki, burada əsas iki şəxs var: biri Benyamin Netanyahu, digəri isə Donald Tramp: “Netanyahu, İrandan ciddi narahatdır və bir neçə dəfə ABŞ-dan kömək istəyib. Digər tərəfdən, ABŞ-da MAQA (Amerikanı Yenidən Böyük Edək) hərəkatı ölkəni gücləndirməyə çalışsa da, daxildə parçalanmalar müşahidə olunur. Demokratlar partiyası hücuma keçib. Münhen Təhlükəsizlik Konfransında Hillari Klinton açıq bildirib ki, Tramp onların dəyərlərini pozur. Eyni zamanda Tramp Rusiyanın rəhbəri Vladimir Putin ilə razılaşmalara da gedir. Bütün bu təzyiqlər Trampı siyasi cəhətdən zəif vəziyyətə salır. Oktyabr və noyabr aylarında keçiriləcək seçkilərdə nümayəndələr palatasına keçidlə bağlı Tramp məğlub ola biləcəyini anlayır. Əgər indi İrana hücum olarsa, İran ABŞ bazalarını vurmaqla cavab verəcək”.

Oğuz Ayvaz 

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Fevral 2026 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see483

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see377

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see342

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see304

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see290

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see265

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see251

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see251

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see245

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see241

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see235

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see226

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see225

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see222

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see215

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see214

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see201

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see197

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri