Icma.az
close
up
RU
Milli Məclisdə şəhid övladı olan tələbələrlə görüş keçirilib

Milli Məclisdə şəhid övladı olan tələbələrlə görüş keçirilib

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Noyabrın 2-də Milli Məclisin Gənclər və idman komitəsi şəhid övladı olan tələbələrlə görüş keçirib.
Newscenter.az xəbər verir ki, tələbələri salamlayan komitə sədri Şahin İsmayılov ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin ailələrinə, eləcə də müharibə iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərildiyini vurğulayıb. Bildirilib ki, bu siyasətə uyğun olaraq Milli Məclis də şəhid ailələrinin və qazilərin qayğıları ilə yaxından maraqlanır, onların problemlərinin həllinə dəstək göstərilməsinə xüsusi önəm verir. Şanlı Zəfərin Azərbaycanın dövlətçilik tarixində və milli yaddaşında müstəsna yerindən söz açan Şahin İsmayılov bu tarixi qələbənin qazanılmasında şəhidlərin misilsiz qəhrəmanlığını və fədakarlığını xüsusi qeyd edib.
Görüşdə komitə sədrinin müavini Könül Nurullayeva, komitə üzvləri Vüqar İskəndərov, Asif Əsgərov, Eyvaz Qurbanov, Anar Məmmədov və Ülvi Quliyev çıxış ediblər. Çıxışlarda torpaqlarımızın işğaldan azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canından keçmiş şəhidlərimizin, eləcə də döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin qəhrəmanlığının və fədakarlığının heç zaman unudulmayacağı vurğulanıb. Bildirilib ki, onların Vətənə sədaqəti, cəsarəti və mübarizə əzmi gənc nəsil üçün əsl örnəkdir.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova və şəhid övladı olan tələbələr Aybəniz Əzizova, Zəhra Ağazadə, Zəhra Xəlilzadə, Nuray Mahirzadə, Gülay Qasımova, Ramaldan Ramaldanov, Fuad Tağızadə, Nihad Sadıqov və Sevinc Əhmədova çıxış edərək səmimi görüşün təşkilinə görə təşəkkürlərini bildiriblər. Tələbələr şəhid ailələrinə, şəhid övladlarına göstərilən yüksək diqqət və qayğıya, onların təhsil və inkişaf imkanlarının dəstəklənməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Onlar şəhid olmuş ataları ilə bağlı xatirələrini bölüşüblər, atalarının Vətən uğrunda göstərdikləri fədakarlıqların həyatlarında daşıdığı mənadan söz açıblar. Tələbələr şəhid övladı kimi öz məsuliyyətlərini dərindən dərk etdiklərini, təhsil alaraq və gələcəkdə uğurlu fəaliyyət göstərərək atalarının xatirəsinə layiq olmağa çalışdıqlarını ifadə ediblər.
Söhbətdə deputatlar şəhid övladlarının təhsili, tələbəlik qayğıları ilə maraqlanıblar, onlara gələcək planları ilə bağlı tövsiyələrini bildiriblər, onlara təhsildə qazandıqları nailiyyətlərə görə sertifikatlar təqdim ediblər.
Deputatlar Müşfiq Cəfərovun, Səbinə Xasayevanın, Mircəlil Qasımlının, Göydəniz Qəhrəmanovun və Mahir Süleymanlının iştirak etdiyi tədbir çərçivəsində şəhid övladı olan tələbələr parlamentin inzibati binası ilə tanış olublar.
Heydər Əliyev Abidəsi və Xatirə zalını ziyarət zamanı qonaqlara Ümummilli Lider Heydər Əliyevin gələcək nəsillər üçün örnək olan həyat yolu, siyasi və dövlətçilik fəaliyyətini haqqında məlumat verilib. Milli Məclisin foyesində spiker Sahibə Qafarovanın təşəbbüsü ilə yaradılmış Zəfər Guşəsi ilə tanış olan tələbələrə bildirilib ki, guşədə Vətən müharibəsində canlarından keçərək şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərimizin adları həkk olunub. Parlamentin plenar iclas zalında tələbələrə Milli Məclisin fəaliyyəti, plenar iclasların təşkili və keçirilməsi, deputatların qanunvericilik fəaliyyəti üçün yaradılmış iş şəraiti barədə məlumat verilib.
Görüşdə tələbələrlə xatirə şəkli çəkilib.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 03 Noyabr 2026 00:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see483

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see377

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see342

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see304

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see290

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see265

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see251

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see251

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see245

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see241

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see235

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see226

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see225

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see222

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see215

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see214

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see201

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see197

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri