ABŞ və İran tərəflərinin İstanbulda bir araya gəlməsi gözlənilir
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
İstanbul, 3 fevral, Günel Karatepe, AZƏRTAC
Vaşinqton-Tehran xəttində artan gərginlik davam edərkən, tərəflərin fevralın 6-da İstanbulda görüşməsi gözlənilir.
AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçinin də görüş heyətlərində yer alacağı proqnozlaşdırılır. Danışıqların başlanması ilə bağlı göstərişi isə İran Prezidenti Pezeşkianın verdiyi bildirilir.
Amerika mətbuatına danışan dövlət rəsmiləri isə bildiriblər ki, ABŞ Prezidentinin İrana qarşı mümkün hərbi hücumu dəyərləndirdiyi bir dövrdə, ABŞ və İran heyətlərinin cümə günü İstanbulda diplomatik danışıqlar apara biləcəyi ehtimalı istisna deyil. Mənbələr, həmçinin bölgədəki digər ölkələrin də bu danışıqlara qatılmasının gözlənildiyini qeyd ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 03 Fevral 2026 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















