Ağrısız doğuşun görünməyən tərəfləri: Anesteziya təhlükəlidirmi?
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Son illər dünyada və Azərbaycanda doğuş zamanı qeysəriyyə əməliyyatına üstünlük verilməsi halları artmaqdadır.
Təbii doğuşla müqayisədə daha "asan" və ağrısız olduğu düşünülən bu üsul zamanı mütləq şəkildə regional anesteziyadan istifadə olunur.
Bəzən ümumi narkozdan istifadə hallarına da rast gəlinir.
Maraqlıdır, bəs görəsən, regional anesteziyanın zərərləri nələrdir? Hansı üsul ana və körpə üçün daha təhlükəsiz hesab olunur?
Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablayan mama-ginekoloq Nurida Zeynalova bildirib ki, bu, akuşerlikdə (hamiləlik, doğuş və doğuşdan sonrakı dövr ilə məşğul olan tibb sahəsi) təhlükəsiz hesab olunur:
"Təbii doğuş zamanı ağrıkəsici üsul kimi seçim metodu epidural anesteziya hesab edilir. Bu üsul ağrını aradan qaldırır, lakin şüuru və hərəkət qabiliyyətini qoruyur.
Qeysəriyyə əməliyyatı zamanı isə daha çox regional anesteziya, yəni spinal (60-90% hallarda) və ya epidural anesteziya tətbiq olunur. Ümumi narkoz daha nadir hallarda - əsasən təcili vəziyyətlərdə və regional anesteziyaya əks-göstəriş olduqda istifadə edilir.
Spinal və epidural anesteziya preparatın yeridilmə yeri, təsir sürəti və davametmə müddətinə görə fərqlənir:
- Spinal anesteziya onurğa beynindən aşağıda, subaraxnoidal boşluğa (onurğa-beyin mayesinə) yeridilir, tez təsir göstərir, birdəfəlik tətbiq olunur və 1-3 saat davam edir;
- Epidural anesteziya isə epidural boşluğa kateter vasitəsilə yeridilir, daha gec təsir edir, lakin təsir müddətini uzatmaq mümkündür.
Həm spinal, həm də epidural anesteziya akuşerlikdə (hamiləlik, doğuş və doğuşdan sonrakı dövr ilə məşğul olan tibb sahəsi) təhlükəsiz və yüksək effektiv üsullardır, lakin müxtəlif məqsədlər üçün tətbiq edilir.
Onlar arasında seçim klinik vəziyyətdən (təcili olub-olmaması, doğuşun mərhələsi), pasiyentin fərdi xüsusiyyətlərindən və anestezioloqun seçimindən asılıdır".
Nurida Zeynalova bildirib ki, regional anesteziyanın ən çox rast gəlinən fəsadlarına arterial təzyiqin enməsi (arterial hipotenziya), baş ağrısı (postpunksiya sindromu), bel ağrısı və qaşınma daxildir:
"Texnikaya düzgün əməl edildikdə ağır nevroloji pozğunluqlar və ya infeksiyalara olduqca nadir hallarda rast gəlinir.
Epidural anesteziya zamanı opioidlərin istifadəsi körpədə ürək döyüntülərinin və tənəffüsün zəifləməsinə, yuxululuğa, əzələ tonusunun azalmasına və ana südü ilə qidalanma zamanı problemlərə səbəb ola bilər. Məsələn, bəzi yenidoğulmuşlarda mümkün yan təsirlərdən biri döşü düzgün tutmama ola bilər. Lakin bu təsirlər qısamüddətlidir".
Aygün Mirakif
Baxış sayı:61
Bu xəbər 03 Fevral 2026 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















