Icma.az
close
up
RU
Epşteynin pərdəarxası: Qlobal elitanı kimlər şantaj edir?

Epşteynin pərdəarxası: Qlobal elitanı kimlər şantaj edir?

Icma.az bildirir, Axar.az portalına istinadən.

Epşteyn işində qlobal elitanın əməlləri ilə bağlı ortaya çıxan faktlar dəhşətli olduğu qədər, “sənədlərin tirajlanmasında əsas hədəf nədir” sualı da maraqlıdır, çünki məsələ ABŞ demokratiyasının şəffaflıq prinsiplərinə əməl etməsindən ibarət deyil, əks təqdirdə, sənədlər uzun müddət rəfdə saxlanılmaz, açılmasına qarşı müqavimət olmazdı.

Bir neçə məqam səbəblər haqda müəyyən təxminlərin formalaşmasına imkan yaradır.

- Epşteyn sənədlərinin yayılması ABŞ-ın daxili siyasi intriqalarının nəticəsidir?

İlk baxışdan belə görünür, çünki Trampın seçki kampaniyasında sənədlərin açılması vədinə əməl etməməsi ona qarşı həm “adadakı məclislərdə iştirak” ittihamlarını genişləndirmiş, həm də respublikaçılar arasında inamsızlıq yaratmışdı. Və “Epşteyn Şəffaflıq Aktı”nı imzalamasını Trampın ittihamlardan yayınmaq, diqqəti demokratların da üzərinə yönəltmək, eyni zamanda, respublikaçıların narazılığını aradan qaldırmaq gedişi kimi qiymətləndirmək olar. Lakin sənədlərdə adı keçən Trampın bununla xilas olmaması, hətta bumeranq effekti yaratması riskləri fonunda onun şəffaflıq qərarının təkbaşına ittiham altında qalmamağa hesablandığı görünür. Bu baxımdan, ABŞ elitasındakı qarşıdurma sənədlərin yayılmasının səbəbindən daha çox, prosesin məntiqi nəticəsi kimi görünür.

- Cefri Epşteynin arxasında hansı qüvvə var?

- Təşkil olunan əyləncə məclislərinin faktlaşdırılması Epşteynin biznes maraqları üçün topladığı “şantaj materialları” kimi görünür, lakin bir şəxsin milyarder olsa da, Amerika elitasına qarşı belə bir əməliyyatı təkbaşına edə bilməyəcəyi, arxasında müəyyən gücün olduğu aydındır. İzin hara apardığı müəmmalıdır, əsas versiyalardan biri kimi isə Mossadın adı hallanır. Onun Mossadla əlaqələrinə dair yayılan məlumatlar da bu kontekstdə diqqət çəkir.

1. Epşteynin sevgilisi və ortağı Ghislaine Maksvell ingiltərəli iş adamı, yəhudi əsilli Robert Maksvellin qızıdır. 1991-ci ildə müəmmalı şəkildə ölən Robert Mossadın əsas adamlarından biri kimi tanınır. “Times of İsrail” nəşri onun Yerusəlimdə Zeytun budağı məzarlığında keçirilən dəfn mərasiminə İsrailin o vaxtkı baş naziri və Mossad rəhbərliyinin qatıldığını yazırdı. Epşteynin Robert Maksvellə münasibətləri vardı, onun qızı ilə yaxınlığı da buradan qaynaqlanır. Əsas məqamlardan biri R. Maksvellin Rusiya kəşfiyyatı ilə əlaqələridir. Məlumatlara görə, Epşteynin Rusiya kəşfiyyatı ilə təmasları da onun vasitəsilə qurulub.

2. Ortağı Stiven Hoffenberqin 2022-ci ildə ölümündən öncə “Epşteynin Mossadla əlaqələrini” ona etiraf etdiyini iddia edirdi;

3. Epşteynin qurbanlarından olan Maria Farmer də onun İsraillə əlaqələri haqda iddialar irəli sürüb;

4. Adı sənədlərdə hallanan amerikalı milyarder (yəhudi əsilli) Les Vexnerin Epşteynə kameralarla təchiz olunmuş 77 milyonluq malikanə hədiyyə etdiyi deyilir: Epşteynin biznes karyerasının başlanmasında da Vexnerin xüsusi rol oynadığı haqda məlumatlar var;

5. Epşteynin hesabına Mossad tərəfindən casusuluq əməliyyatı üçün vəsaitin köçürülməsi haqda araşdırmalar aparılıb;

Məlumatlar Epşteynin Mossad üçün qlobal şantaj işini həyata keçirdiyi fikrini ön plana çıxarır. Onun karyera yüksəlişi, siyasi və biznes elitası ilə sıx əlaqələr qura bilməsi, elektron yazışmaları və əyləncə məclislərini faktlaşdırması da bu kontekstdə diqqətçəkəndir.

Ehtimal olsa da, Epşteynin Mossad üçün işlədiyi fikri fonunda sənədlərin yayılmasının iki mümkün hədəfi ola bilər.

Birincisi, mövcud vəziyyətdə ABŞ-ın siyasətini dizayn etməkdir;

İstisna deyil ki, Vaşinqtonu İran məsələsində İsrailin planına uyğun addımlar atmasına yönəltmək məqsədi var. İranın gələcəyi ilə bağlı ABŞ və İsrail arasında müəyyən fikir ayrılığının olması fonunda bu ehtimal diqqət çəkir.

İkincisi, qlobal elitanın şantaj edilməsidir;

Sənədlərdə təkcə amerikalı yox, qlobal elitanın da adı hallanır. Və bir çox sənədin tam açıqlanmaması, yaxud blurlanması siyasi liderlərə “təlimatlara əməl edilməsi” mesajının çatdırılmasına hesablanmış ola bilər. Bu, qlobal siyasətin məqsədyönlü şəkildə idarə edilməsi – ABŞ və Avropanın siyasi-biznes elitasının nəzarətdən kənara çıxmaması planının tərkib hissəsi kimi görünür.

ABŞ siyasətində və qlobal müstəvidə hadisələrin inkişafı Epşteyn işinin hədəflərini daha aydın göstərəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://axar.az
archiveBu xəbər 03 Fevral 2026 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri