Icma.az
close
up
RU
ABŞ və İsraildən “yaşıl işıq“: Azərbaycan Qəzzada tarixi missiyaya başlayır Detallar açıqlandı

ABŞ və İsraildən “yaşıl işıq“: Azərbaycan Qəzzada tarixi missiyaya başlayır Detallar açıqlandı

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Qəzzada sülhməramlılara rəhbərlik edə bilər. Azərbaycan və İndoneziya Qəzza sektoruna göndərilməsi planlaşdırılan Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin (International Stabilization Force) rəhbərliyini öz üzərinə götürə bilər. Bu barədə İsrailin "Israel Hayom" nəşri yazıb. Qəzet yazır ki, Azərbaycan və İndoneziyanın missiyaya daxil edilməsi barədə qərar İsrailin Türkiyə qoşunlarının əməliyyata qatılmasına veto qoymasından sonra qəbul edilib. ABŞ da bu məsələdə İsrailin mövqeyini dəstəkləyib.

Moderator.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov bildirib ki, Azərbaycanın Yaxın Şərqdə baş verən proseslərdə aktiv rol oynaması ölkəmizin artan beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş imicinin göstəricisidir.

Onun sözlərinə görə, Azərbaycanın artıq bir neçə il öncə işğaldan və münaqişədən əziyyət çəkən bir dövlət statusundan çıxaraq qlobal səviyyədə mühüm beynəlxalq proseslərdə iştirak edən ölkəyə çevrilməsi, bu gün belə bir missiyaya namizəd göstərilməsinin əsas səbəbidir:

“Azərbaycan bu gün dünyanın ən kritik və həssas regionlarından biri olan Yaxın Şərqdə mühüm bir sülhməramlı missiyaya rəhbərlik etmək imkanına sahibdir. Bu, ölkəmizin siyasi və diplomatik çəkisinin göstəricisidir. Biz İkinci Qarabağ müharibəsini ərazilərimizi işğaldan azad etmək, 2023-cü ilin 19–20 sentyabr tarixlərində keçirilən antiterror tədbirlərini isə dövlət suverenliyimizi tam bərpa etmək üçün həyata keçirdik. Bəzi dövlətlər həmin dövrdə Azərbaycanı əsassız şəkildə aqressor kimi təqdim etməyə çalışsalar da, bu ittihamlar nəticəsiz qaldı. Bu gün Azərbaycanın Fələstin–İsrail münaqişəsi kimi dünyanın ən həssas və mürəkkəb böhranlarından birində sülhməramlı qüvvələrə rəhbərlik üçün irəli sürülməsi beynəlxalq ictimaiyyətin ölkəmizə olan etimadının bariz nümunəsidir. Əgər Azərbaycan kimi bir dövlət, özü də Yaxın Şərq regionuna aid olmayan bir ölkə belə bir mühüm missiyaya rəhbərlik üçün qəbul edilirsə, bu, o deməkdir ki, artıq dünya Azərbaycanı sülhyaratma və sabitlik missiyasını daşıyan bir dövlət kimi qəbul edir. Bu isə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sülh diplomatiyasının nəticəsidir.

Təbii ki, belə bir qərarın verilməsi o deməkdir ki, artıq Azərbaycan haqqında sülhyaratma missiyasına sahib olan dövlət kimi təsəvvür formalaşıb və bu statusu bütün dünya, o cümlədən Birləşmiş Ştatlar və Yaxın Şərqdə marağı olan qüvvələr qəbul edir. Azərbaycanın sülhyaratma missiyasına rəhbərlik üçün irəli sürülməsi ölkəmizin beynəlxalq nüfuzunun artdığını göstərir. Bu, Azərbaycan dövlətinin sülhyaratma missiyasının ən uğurlu səhifələrindən biridir. Artıq Azərbaycana münasibətdə tamamilə fərqli, müsbət bir yanaşma formalaşıb. Hərçənd, hazırda Yaxın Şərqdə vəziyyət imzalanmış sənədlərə tam uyğun şəkildə inkişaf etmir, lakin əminəm ki, proses normallaşacaq və həmin missiyalar yaxın vaxtlarda regionda fəaliyyətə başlayacaq”.

Politoloq Azərbaycanın bu missiyanı uğurla həyata keçirəcəyini vurğulayıb:

“Fələstin–İsrail münaqişəsi təxminən 80 ildir davam edir. 1947-ci ildə BMT Təhlükəsizlik Şurasının qətnamələrindən sonra Fələstin və İsrail dövlətlərinin yaradılması məsələsi gündəmə gəlib və o zamandan bəri bu münaqişə davam edir. Müstəqillik dövründə Azərbaycan öz mövqeyini dəyişməyib. Xüsusilə Prezident İlham Əliyev həmişə 1967-ci il sərhədlərinin zəruriliyini vurğulayıb, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq iki dövlət prinsipinə sadiqliyini açıqlayıb və münaqişələr zamanı humanitar böhrandan əziyyət çəkən fələstinlilərə yardım göstərib. Bu, Azərbaycan dövlətinin beynəlxalq hüquqa və bəşəri dəyərlərə verdiyi önəmin göstəricisidir. Azərbaycanın sülhməramlı missiyaya rəhbərlik üçün namizədliyinin həm İsrail, həm ABŞ, həm də ərəb ölkələri və Qərb tərəfindən dəstəklənməsi ölkənin neytral mövqe tutduğunu nümayiş etdirir. Bu, Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna çox müsbət təsir göstərəcək. Artıq regional dövlət statusundan çıxırıq və humanitar məsələlərdə, xoşməramlı missiyalarda fəal iştirak edərək, dünyanın yeni siyasi düzənində masa arxasında qərar verən dövlətlərdən biri kimi iştirak etmək iddiasını ortaya qoymuşuq”.

Xəyal Bəşirov hesab edir ki, ərazicə və əhalicə kiçik olmasına baxmayaraq, Azərbaycan bu gün qlobal proseslərdə özünəməxsus rol almaq iddiasını ortaya qoyan və bu rolu uğurla həyata keçirən dövlət kimi beynəlxalq mövqeyini möhkəmləndirir:

“Beynəlxalq aləmdə, eləcə də belə bir sülhyaratma missiyasını üzərinə götürən Azərbaycan dövləti Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olmasına yönəlmiş iddiasını ortaya qoyur və bu gün artıq dünya bunu qəbul edir. Azərbaycanın belə bir əhəmiyyətli missiyaya rəhbərlik etmək namizədliyi irəli sürülür, qəbul edilir və ölkəmizin sülhməramlı missiya təcrübəsi də çox uğurludur. Zamanında Kosovo və Əfqanıstanda həyata keçirilən sülhməramlı missiyalar bunun bariz nümunəsidir. 2001–2021-ci illərdə ABŞ-ın Əfqanıstana daxil olması və ordan çıxana qədər Azərbaycan tərəfi öz missiyasını layiqli və dəqiq şəkildə icra edib və bütün dünya bunu görüb. Bu uğurlu təcrübə, eyni zamanda Cənubi Qafqazda Azərbaycanın yaratdığı sülh, sabitlik və təhlükəsizlik, həmçinin beynəlxalq platformalarda ölkəmizin uğurlu təmsilçiliyi Azərbaycanın mövqeyinin qəbul edilməsinə və beynəlxalq aləmdə hörmətli yanaşılmasına gətirib çıxarıb”.

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Oktyabr 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see199

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see134

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see134

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see132

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see123

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see119

Son xəbərdarlıq: ABŞ Rusiyanın yanında, Avropaya qarşı

06 Dekabr 2025 21:41see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri