Icma.az
close
up
RU
ABŞ və Rusiya arasında çirkin sövdələşmə: Masa 500 milyard dollara açıldı

ABŞ və Rusiya arasında çirkin sövdələşmə: Masa 500 milyard dollara açıldı

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Üç ildir davam edən müharibəyə son qoymaq üçün dünən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ABŞ-Rusiya danışıqlarında əsas diqqət Ukraynanı xilas etməkdən daha çox onun resurslarının bölüşdürülməsi və ticarət maraqları üzərində qurulmuşdu. Kiyevin iştirak etmədiyi danışıqlar da təxminən 4,5 saat davam edib.

Turkustan.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyət” qəzeti yazır.

Nəşr bildirir ki, Moskvanın Vaşinqtona cəlbedici təkliflərdən ibarət tərəfdaşlıq planının təqdim olunduğu müzakirələr daha çox ticarət danışıqlarına bənzəyib:

“Rusiya lideri Putinə yaxınlığı ilə tanınan Birbaşa İnvestisiya Fondunun prezidenti Kiril Dmitriyev ABŞ tərəfi ilə görüşdən sonra maraqlı açıqlama verib:

“Ukrayna münaqişəsi səbəbindən Rusiya bazarlarını tərk edən amerikalı iş adamları təxminən 300 milyard dollar zərər çəkiblər. Burada aramızda yeni bir başlanğıc təklif edirik. Əməkdaşlıq təklifimiz ABŞ-nin itkilərini kompensasiya edəcək və Donald Trampın böyük və güclü Amerikanın yenidən qurulması məqsədinə töhfə verəcək. Arktika bölgəsində hasil olunmağı gözləyən milyardlarla dollar dəyərində enerji ehtiyatları var. Bunları birlikdə idarə edə bilərik”.

Kiyevin sövdələşmə masasındakı payı “iqtisadi istismar” oldu. Tramp Kiyevdən yardım qarşılığında qiymətli metallar istəyib, Ukrayna lideri Volodimir Zelenski əvvəlcə onun bu istəyinə “yaşıl işıq” yandırsa da, fevralın 7-də ona gələn saziş layihəsini rədd edib. Britaniyanın “The Telegraph” qəzetinin əldə etdiyi razılaşmanın təfərrüatlarına görə, Trampın 500 milyard dollar ödəmə tələbi Ukraynanın nadir metalları üzərində nəzarətdən kənara çıxır.

Müqavilə layihəsində deyilir: “ABŞ 2022-ci ilin fevralında Rusiyanın işğalı başlayandan bəri Ukraynaya önəmli maliyyə dəstəyi verib. Amerika xalqı azad və təhlükəsiz Ukraynaya sərmayə qoymaq istəyir”.

Məqalədə vurğulanır ki, ABŞ Ukraynanın yeraltı sərvətlərinin hasilatı və üçüncü tərəflərə verilmiş lisenziyalardan əldə olunan gəlirlərin 50 faizini istəyir:

“ABŞ həmçinin sövdələşmənin Nyu-York qanunları ilə tənzimlənməsini tələb edir. Layihədə qeyd olunur ki, ABŞ və Ukrayna münaqişənin düşmən tərəflərinin Ukraynanın yenidən qurulmasından faydalanmamasını təmin etmək üçün birgə investisiya fondu yaratmalıdır. Fond limanlardan tutmuş infrastruktur, neft-qaz və ölkənin geniş yeraltı sərvətlərinə qədər demək olar ki, hər şeyi əhatə edir. ABŞ-nin Ukraynanı iqtisadi müstəmləkəyə çevirən şərtləri Birinci Dünya Müharibəsindən sonra Versal müqaviləsi ilə Almaniyadan tələb olunan təzminatlardan daha böyük payı ehtiva edir.

Analitiklərin fikrincə, Trampın tətbiq etmək istədiyi razılaşma ilə Zelenskinin iki yolu qalır: ya Putinin hərbi, ya da ABŞ-nin iqtisadi işğalı.

Ər-Riyadda masa arxasında ticari bazarlıq edən iki kritik fiqur diqqət çəkmişdi. Rusiya nümayəndə heyətinə Birbaşa İnvestisiya Fondunun prezidenti Kiril Dmitriyev və ABŞ heyətinə isə prezidentin xüsusi nümayəndəsi, daşınmaz əmlak investoru Stiv Vitkoff daxil idi”./teleqraf

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 Fevral 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri