ABŞ və Rusiya arasında mövqelər dəyişməyib
Icma.az, Gununsesi saytına istinadən bildirir.
“ABŞ dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında Manilada keçirilən 35 dəqiqəlik görüş tərəflər arasında dialoqun davam etdiyini göstərsə də, Ukrayna müharibəsinin həlli ilə bağlı mövqelərin dəyişmədiyini bir daha ortaya qoydu”.
Gununsesi.info bildirir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib:
“Görüşdə Ukraynadakı vəziyyət, Körfəz bölgəsində artan gərginlik və ikitərəfli münasibətlər müzakirə olunsa da, əsas diqqət Ukrayna müharibəsinə yönəldi. Sergey Lavrov ABŞ-ın Kiyevə silah yardımını Moskvanın əsas narahatlığı kimi qiymətləndirdi və Rusiyanın Ankoric razılaşmaları çərçivəsində həll variantına sadiq qaldığını bildirdi.
Marko Rubio isə həmin formatın nəticə vermədiyini vurğulayaraq, mövcud şəraitdə əvvəlki danışıq mexanizminin müharibəni dayandırmaq üçün kifayət etmədiyini bəyan etdi. Onun sözlərinə görə, sülhə nail olmaq üçün yeni yanaşmalar və yeni uzlaşma yolları tapılmalıdır.
Son aylarda ABŞ ilə Rusiya arasında diplomatik təmasların da zəifləməsi diqqət çəkir. Moskvaya mümkün səfərlərlə bağlı səslənən məlumatlar reallaşmayıb ki, bu da qeyri-rəsmi dialoq kanallarının əvvəlki fəallığını itirdiyini göstərir.
Bütün bunlar onu deməyə əsas verir ki, Vaşinqton və Moskva arasında diplomatik proses yeni mərhələyə keçsə də, tərəflərin mövqelərində ciddi dəyişiklik baş verməyib”.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 24 İyul 2026 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















