Icma.az
close
up
RU
ABŞ və Rusiya arasında nə baş verir? Tramp tənqid edir, Putin isə...

ABŞ və Rusiya arasında nə baş verir? Tramp tənqid edir, Putin isə...

Icma.az, Sitat.info portalına istinadən məlumatı açıqlayır.

Rusiya Prezidenti Vladimir Putin ABŞ ilə ölkəsi arasında tarixi dostluq münasibətlərindən danışıb. O, rusiyalı televiziya aparıcısı Pavel Zarubinə müsahibəsində bildirib ki, Rusiya və ABŞ uzun müddət ərzində yaxşı və xüsusi münasibətlərə malik olublar.

“Biz ABŞ-nin Böyük Britaniyadan müstəqillik uğrundakı mübarizəsini dəstəkləmişik. Onlara silah və maddi yardım göstərmişik,” - deyə, Putin bildirib.

Putin bu fikirlərlə Rusiya ilə ABŞ arasında əvvəllər mövcud olan əməkdaşlıq ruhuna diqqət çəkib.

Moskva ilə Vaşinqton arasında münasibətlərin hazırkı səviyyəsi əslində xüsusi səciyyə daşıyır. Belə ki, ikinci dünya müharibəsindən bu yana tərəflər həmişə bir- birilərinə əks qütblərdə olub və bir- birilərini nəinki rəqib, həm də düşmən kimi görüblər.

Bu gün isə vəziyyət fərqlidir. ABŞ- də Donald Tramp ikinci dəfə hakimiyyətə gələndən sonra Kremllə münasibətlərdə xüsusi dinamika müşahidə olunur. Tərəflər diplomatik ticarətə üstünlük verərək bir- birilərinin maraqlarını təmin etməyə çalışırlar. Bu, son günlərə, daha konkret desək, onlar arasındakı telefon danışığına qədər daha aydın müşahidə olunurdu.
Tramp bu günlərdə, Putinlə telefon danışığından sonra həmin müzakirədən narazılığını ifadə etdi və Kremlin rəhbərinin sona qədər getməklə, insanları öldürməyə davam etməkdə israrlı olduğunu diqqətə çatdırdı.

Bu, Trampın ikinci hakimiyyəti dövründə Putin haqqında səsləndirdiyi ən tənqidi fikirlər idi. Görünən odur ki, ABŞ Rusiyanı Ukrayma ilə bağlı hansısa güzəştlətə məcbur etmək istəyir, amma Moskva bununla razılaşmır. Hərçənd qarşılıqlı kompromis Rusiya- Ukrayna savaşının dayanması üçün ən ideal variantdır. Kreml isə buna getməməklə müharibənin uzanmasına rəvac verir.

Trampın həmin fikirlərindən sonra Rusiya prezidentinin ABŞ ilə münasibətlər barədə fikirləri diqqət çəkir. Görünən odur ki, Moskva Vaşinqtonla "körpüləri yandırmaq" istəmir. Əslində bu, indiki məqamda Rusiyanın maraqlarına uyğun da deyil. Avropa ilə münasibətlərin gərgin olduğu vaxtda Kreml Ağ Evlə də düşmən olmaq istəməz.

Fikrimcə, tərəflər arasındakı münasibətlərin perspektivi bundan sonra daha çox Rusiyadan asılı olacaq.

Siyasi şərhçi Kənan Novruzov,

Xüsusi olaraq Sitat.info üçün...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://sitat.info
archiveBu xəbər 07 İyul 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri