Bəhreyndə İran agentləri məhkum edilib
Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.
64 nəfər ömürlük, 5 nəfər isə 15 il həbs cəzasına məhkum olunub
Bəhreyn Ali Cinayət Məhkəməsi dünən İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli terror təşkilatı yaratmaq ittihamı ilə 64 nəfəri ömürlük, 5 nəfəri isə 15 il həbs cəzasına məhkum edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, Bəhreyn Hüquqlar və Demokratiya İnstitutu (BIRD) insan haqları təşkilatının məlumatına görə, məhkum edilən 69 nəfərdən 60-ı ruhanidir. Bəhreyn şiə icmasının mənəvi lideri hesab edilən Şeyx İsa Qasim də qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilib.
Prokurorların sözlərinə görə, təqsirləndirilən şəxslər İran SEPAH-ının dəstəyi ilə Bəhreyn hökumətini devirmək niyyətində olan terrorçu qrup yaradıblar. Müstəntiqlər iddia edirlər ki, təqsirləndirilən şəxslər qanunsuz olaraq vəsait toplayıb və məscidlərdən, dini moizələrdən, xeyriyyə təşkilatlarından və təhsil müəssisələrindən istifadə edərək İranın ali liderinə tabeçilik ideyalarını yayıblar.
Bəzi təqsirləndirilən şəxslər əlavə olaraq 100 min Bəhreyn dinarı (təxminən 265.000 dollar) məbləğində cərimə olunublar. Məhkəmə həmçinin hakimiyyət orqanlarının xeyriyyə məqsədləri üçün nəzərdə tutulduğunu iddia etdiyi 8 milyon dinardan (təxminən 21 milyon dollar) çox vəsaitin müsadirə edilməsinə qərar verib. Bəzi təqsirləndirilən şəxslər qiyabi olaraq məhkum ediliblər.
80 yaşdan yuxarı olan Şeyx İsa Qasim 2018-ci ildən bəri İranda yaşayır. 2016-cı ildə Bəhreyn hakimiyyəti onu məzhəb nifrətini qızışdırmaqda və xarici dövlətlərin maraqları naminə hərəkət etməkdə ittiham edərək vətəndaşlıqdan məhrum edib. İran Bəhreynin daxili işlərinə müdaxilə ittihamlarını rədd edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 17 Noyabr 2026 23:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















