Icma.az
close
up
RU
ABŞ və Rusiya görüş üçün niyə İstanbulu seçdi?

ABŞ və Rusiya görüş üçün niyə İstanbulu seçdi?

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ və Rusiyanın növbəti görüş yeri kimi İstanbulu seçməsini iki kontekstdə dəyərləndirmək olar.

Birincisi, Ukrayna münaqişəsinin həllində, ümumilikdə geosiyasi müstəvidəki razılaşmalarında Türkiyə faktorunun nəzərə alınmasıdır.

Həm Vaşinqtonda, həm Moskvada anlayırlar ki, Türkiyənin prosesdən kənarda qalması əldə etmək istədikləri perspektivlərdə problemlər yarada bilər.

1. Ukraynanın Türkiyənin dəstəyi ilə ABŞ-Rusiya razılaşmasını qəbul etməmək imkanları genişlənər;

2. Ankaranın danışıqlar platforması kimi Vaşinqton, yaxud Moskva tərəfindən yox, məhz Kiyev tərəfindən irəli sürülməsi masada Ukraynanın mövqeyini gücləndirə bilər;

3. Geosiyasi müstəvidə mövqeyi nəzərə alınmayan Türkiyə NATO-da Avropa ilə birlikdə ABŞ-a ciddi müqavimət cəbhəsinin qurulmasına zəmin yarada bilər;

4. Qara dənizdən Yaxın Şərqə qədər uzanan coğrafiyada Türkiyəsiz ABŞ-Rusiya razılaşmalarının praktiki müstəvidə reallaşması çətindir.

İstanbulun danışıqlarda platforma kimi seçilməsi Ankaranın Vaşinqton-Moskva xəttindəki danışıqlar prosesinə daxil edilməsi, perspektiv addımlarda Türkiyənin dəstəyinin alınmasına hesablanıb.

İkincisi, Ukrayna danışıqlarında İstanbul razılaşmaları layihəsinin baza kimi qəbul edilməsidir.

Müharibənin ilk ilində baş tutan İstanbul danışıqlarında Rusiyanın şərtlərinin qəbul edilməsi ön planda idi. Daha sonra daim İstanbul razılaşmalarına istinad edən Kreml danışıqlar masasının Türkiyədə qurulmasında 2022-ci ildəki üstün mövqeyini təmin etmək baxımından maraqlıdır. Moskvanın mövqelərini nəzərə alan Vaşinqton da bunu qəbul edir. Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff də bildirib ki,

“2022-ci ilin əvvəlində Rusiya və Ukraynanın bağlaya biləcəyi İstanbul razılaşmaları layihəsi Ukrayna münaqişəsinin nizamlanması üçün əsas kimi götürülə bilər”.

Burada ən önəmli məqamlardan biri Ukrayna ilə bağlıdır: masanın İstanbulda qurulması Kiyevi Türkiyənin dəstəyi-ədalətli mövqeyinə görə danışıqlara gəlməyə sövq edə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://axar.az
archiveBu xəbər 26 Fevral 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri