Icma.az
close
up
RU
Rusiya niyə danışıqların məkanı kimi Vatikanı rədd edir, İstanbulu seçir? (ŞƏRH)

Rusiya niyə danışıqların məkanı kimi Vatikanı rədd edir, İstanbulu seçir? (ŞƏRH)

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Vatikan yeni meydan və yeni Papa amerikalı olduğundan, ola bilsin, Kreml ondan çəkinir". 

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Elçin Şıxlı Ukrayna Rusiya danışıqları üçün Vatikanın məkan olaraq seçilməsi təşəbbüsünə Moskvanın qarşı çıxmasını şərh edərkən deyib.

"İş ondadır ki, Rusiya sadəcə olara cığallıq edir. Artıq İstanbulda bir neçə dəfə görüş keçirilib və Rusiya üçün heç bir mənfi nəticə olmayıb. Vatikan isə yeni meydandır. Özü də yeni seçilən Papa amerikalıdır. Ola bilsin, ona görə də Rusiya tərəfi ondan çəkinir. Ümumiyyətlə, Rusiya danışıqların keçirilməsi və onun nə iləsə nəticələnməsinə etiraz edir. Onlar, ümumiyyətlə, sülh istəmir. Ona görə də Vatikanın vasitəçiliyini də qəbul etmirlər", deyə Elçin Şıxlı bildirib.


Putinin Vatikanın yerinə İstanbula üstünlük verməsi isə həmsöhbətimizə görə, buradakı görüşlərin Rusiya üçün yaxşı nəticələr verməsilə bağlıdır:

"İstanbula gəldikdə, burada Ukrayna ilə Rusiya arasında artıq bir neçə dəfə görüşlər keçirilib və həmin görüşlər Moskva üçün heç bir mənfi nəticə ilə nəticələnməyib. Yəni Putin artıq İstanbulda nə olacağını bilir".

Qeyd edək ki, son zamanlar Vatikan da Ukrayna ilə Rusiya arasında danışıqlarda vasitəçi olmaq niyyətini ortaya qoyub. Bu ideya ABŞ prezidenti Donald Tramp tərəfindən gündəmə gətirilib və Papa XIV Lev də təşəbbüsə maraq göstərdiyini bildirib. Amma buna baxmayaraq, "Bloomberg” bəyan edir ki, Rusiya Vatikanın sülh danışıqlarında iştirakına qarşıdır. Kreml prezident Putinin danışıqlar üçün Vatikana getməsini istəmir. 

Siyasi müşavir Sergey Markov hesab edir ki, Putin NATO üzvü olan İtaliyaya təhlükəsizlik səbəbilə getməyəcək və Rusiya Vatikanı bu münaqişədə neytral hesab etmir.

Putinin ora getməməsinin başqa bir səbəbi kimi Roma Katolik Kilsəsilə Rusiya Pravoslav Kilsəsi arasındakı qeyri-səmimi münasibətlər göstərilir. Rus kilsəsi Vatikana Ukraynada tarixi rəqib kimi baxır. Başqa bir səbəb kimi də İtaliyanın Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olması göstərilir. 

Rüfət Sultan


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 May 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri