Icma.az
close
up
RU
ABŞ və Türkiyə atəşkəs əldə olunması üçün çalışır, ancaq Rusiyanın Ukrayna ilə bağlı planları fərqlidir

ABŞ və Türkiyə atəşkəs əldə olunması üçün çalışır, ancaq Rusiyanın Ukrayna ilə bağlı planları fərqlidir

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 19-da Ukrayna prezidenti Volodimir Zelenski Türkiyəyə gedib. İstanbulda Ukrayna ilə bağlı danışıqlar keçirilib. Danışıqlar Zelenski və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun iştirakı ilə baş tutub. Rusiya tərəfi İstanbula gəlməkdən imtina edib.  Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.Rusiyanın iştirakı olmadan nələr müzakirə edilə bilər? Rusiya nə üçün danışıqlarda iştirak etmir? Moskva-Ankara arasında soyuqluq yaranıb?

Səfər çərçivəsində Prezident Zelenski Prezident Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında çıxış edib. Ukrayna Prezidenti Volodimir Zelenski Prezident Ərdoğanla həmişə olduğu kimi çox məhsuldar və əhatəli bir görüş keçirdiyini bildirib: "Ukrayna olaraq, ölkələrimiz arasındakı etimadı yüksək qiymətləndiririk. Türkiyənin Ukraynaya bu qədər böyük əhəmiyyət verməsi bizim üçün xüsusilə vacibdir. Rusiyanın dövlətimizə və xalqımıza qarşı müharibəsinə Türkiyənin münasibəti Ukrayna üçün çox vacibdir. Əməkdaşlığınız üçün sizə təşəkkür etmək istəyirəm. Həyatımızı qorumağımıza kömək edən əməkdaşlığa və Türkiyənin bu faciəyə, bu Rusiya təcavüzünə, bütün əsas elementlərə qarşı açıq mövqeyinə görə sizə təşəkkür edirəm. Ukraynanın müstəqilliyini və suverenliyini dəstəklədiyinə görə Türkiyəyə təşəkkür etmək istəyirəm". Zelenski Ukraynanın suverenliyini müdafiə etməyin hər kəsin mübarizəsi və özünümüdafiə hüququ olduğunu bildirib.

Politoloq Əli Mustafa Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Zelenski artıq Türkiyədə səfərdədir və onun prezident Ərdoğanla görüşü baş tutub.

Əli Mustafa

“Ankaraya səfər edilib və Stiv Uitkoffun bura gəlməsinə dair bilgilər var. Bildiyim qədər Rusiya tərəfindən də hansısa danışıqlar ola bilsin ki, aparılır. Amma bununla bağlı rəsmi heç bir məlumat yoxdur. Yeri gəlmişkən, bu günlərdə elə Marko Rubio qeyd elədi ki, Rusiya ilə onların daimi təmasları var, amma aşağı səviyyədə, yəni səfirlik səviyyəsində. Ola bilsin ki, Amerikada Türkiyə-Ukrayna-Rusiya arasında danışıqlar baş tutsun və müharibə dayansın. Mümkün olsa, atəşkəs barədə razılıq əldə olunsun. Amma Rusiyanın planları fərqlidir, atəşkəsə çox da isti yanaşmır”-deyə Əli Mustafa qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 20 Noyabr 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see186

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see181

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see151

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see138

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see136

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see130

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri