Icma.az
close
up
RU
ABŞ Venesueladan neft aparan tankeri ələ keçirdi Əməliyyata hazırlıq aparılır

ABŞ Venesueladan neft aparan tankeri ələ keçirdi Əməliyyata hazırlıq aparılır

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çərşənbə günü ABŞ Sahil Mühafizəsi hərbçiləri, dəniz piyadalarının dəstəyi ilə  Venesuela sahilləri yaxınlığında Nigeriya şirkətinə məxsus “The Skipper” neft tankerini saxlayıb. Həmin şirkətin isə Ukrayna vətəndaşı olduğu bildirilən, bir neçə tankerin sahibi Viktor Artemovla əlaqəli olduğu qeyd olunur.

ABŞ-nin ədliyyə naziri Pəm Bendi açıqlamasında tankerin “sanksiyalara məruz qalmış Venesuela və İran neftinin daşınmasında istifadə edildiyi” üçün ələ keçirildiyini bildirib. Onun sözlərinə görə, əməliyyat məhkəmə orderi əsasında həyata keçirilib.

Məlumata görə, Sahil Mühafizəsinin hərbçiləri tankerin Venesuela limanını tərk etməsindən qısa müddət sonra, “Gerald Ford” aviadaşıyıcısına yerləşdirilmiş helikopterdən enərək gəminin göyərtəsinə daxil olublar. Bu aviadaşıyıcı artıq bir aydan çoxdur ki, digər ABŞ hərbi gəmiləri ilə birlikdə Karib hövzəsində xidmət aparır.

“The Skipper” ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiyaya məruz qalan tankerlər siyahısındadır. Qurum iddia edir ki, gəmi İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Tehranın dəstəklədiyi “Hizbullah” qruplaşmasını maliyyələşdirən qanunsuz neft daşımalarında iştirak edib.

Bu tanker istifadəyə verildiyi dövrdə dünyanın ən böyük neft gəmilərindən biri sayılırdı. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, gəmi 2022-ci ildə “Adisa” adı ilə BƏƏ-də fəaliyyət göstərən və Viktor Artemovun nəzarətində olan şirkətə məxsus olub.

ABŞ Prezidenti Donald Tramp əməliyyat barədə ilk məlumat yayan şəxs olub. O bildirib ki, tankerdəki neftin ABŞ tərəfindən müsadirə olunacağı ehtimal edilir.

Vaşinqtonun rəsmi izahına görə, Karib dənizində yerləşdirilmiş böyük hərbi-dəniz qüvvələrinin əsas məqsədi Latın Amerikasındakı narkokartellərin ABŞ-yə dəniz yolu ilə narkotik daşımalarının qarşısını almaqdır. Lakin Tramp administrasiyası Venesuela ərazisində müəyyən hədəflərə hava zərbələrinin də istisna edilmədiyini açıqlayıb.

Karakas isə ABŞ-ni ölkəyə qarşı mümkün müdaxilə hazırlamaqda ittiham edir və bildirib ki, ABŞ hərbi fəallığı “işğal planının tərkib hissəsi” kimi görünür.

AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Dekabr 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see282

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see262

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see191

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see150

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see141

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see137

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri