ABŞ Xarq adasını gəmi xarab olduğu üçün ələ keçirə bilməyib
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-a məxsus "USS Boxer" universal desant gəmisi İrana qarşı hərbi əməliyyatın ilk həftələrində sıradan çıxaraq, ən kritik məqamda döyüş tapşırıqlarında iştirak edə bilməyib.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə "Newsmax" telekanalı məlumat yayıb.
Bildirilib ki, Birləşmiş Ştatlar İranı dənizdən mühasirəyə aldığı və Xarq adasını ələ keçirməyi planlaşdırdığı vaxt göyərtəsində dəniz piyadalarının 11-ci ekspedisiya dəstəsi olan "USS Boxer" mühərrikində yaranmış nasazlıq səbəbindən fəaliyyətini dayandırıb. Yaxın Şərqə doğru irəliləyən desant gəmisinin təmirə ehtiyacı olduğu qeyd edilib. Nəticədə, gəmi və minlərlə dəniz piyadası Ərəbistan dənizindəki Amerika qruplaşmasını gücləndirmək əvəzinə, Hind okeanında yerləşən Dieqo-Qarsiya adasındakı müştərək ABŞ-Britaniya bazasında təmir işlərinin başa çatmasını gözləməyə məcbur olub.
Adı açıqlanmayan amerikalı rəsmi telekanala müsahibəsində bildirib ki, "USS Boxer" çox vacib bir dövrdə müvəqqəti olaraq sıradan çıxıb. "Newsmax" mənbələrinin qiymətləndirməsinə görə, bu hadisə ABŞ rəhbərliyini İrana qarşı alternativ tədbirlər görmək imkanından məhrum edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 10 İyul 2026 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















