Naftalanda Whatsapp qrupunda valideyni söyən qadın CƏRİMƏLƏNDİ
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Naftalanda sosial şəbəkədə bir-birini təhqir edən və küçədə dalaşan qadınlar saxlanılıb.
Modern.az xəbər verir ki, 27 Aygün Həbibova və 29 yaşlı Nazlı İsayeva (adlar şərti) arasında “Whatsapp” platormasında yaradılan valideyn qrupunda anlaşılmazlıq yaranıb. Bu zaman Aygün qrupda hamının oxuyub gördüyü təqdirdə Nazlını nalayiq ifadələrlə təhqir edib. Bundan sonra Nazlı özünə məxsus avtomobillə Aygünün yaşadığı binanın qarşısına gəlib. Məlumata görə, burada rastlaşan qadınlar bir-birinə ayaqqabılarını atıblar. Daha sonra Nazlı Aygünün saçından tutub və tərəflər arasında mübahisə davam edib. Əlbəyaxa davaya çıxan qadınları Aygünün həyat yoldaşı ayırıb.
Onların hər ikisi saxlanılıb. Hər ikisinin barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsilə protokol tərtib olunub. Aygünün barəsində bundan əlavə, 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə də protokol tərtib olunub.
Həbibova və N. İsayeva 157-ci maddə üzrə bir-birlərini bağışladıqlarını bildiriblər.
Məhkəmə tərəflərin barışmasını nəzərə alaraq, 157-ci maddə üzrə işə xitam verib. Lakin A. Həbibova 510.2-ci maddəyə əsasən, 500 manat məbləğində cərimələnib.
İlyas Turan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 01 Noyabr 2026 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















