OPEC+ ölkələri hasilat səviyyəsinin saxlanılması barədə qərar qəbul ediblər
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 1 noyabr, AZƏRTAC
OPEC+ formatının 7 ölkəsinin nümayəndələri – Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman noyabrın 1-də videokonfrans formatında görüş keçiriblər.
AZƏRTAC OPEC-ə istinadla xəbər verir ki, 2023-cü ilin aprel və noyabr aylarında əlavə könüllü hasilat tənzimləmələri barədə qərar qəbul etmiş OPEC+ ölkələri bazarda sabitliyin qorunmasına sadiqliklərini bir daha təsdiqləyiblər.
Görüşdə qlobal neft bazarındakı vəziyyət və onun inkişaf perspektivləri müzakirə olunub. İştirakçı ölkələr 2026-cı ilin sentyabr ayı üçün müəyyən edilmiş hasilat səviyyəsinin dekabr ayında da saxlanılması barədə qərar qəbul ediblər. Hasilat göstəriciləri aşağıdakı cədvəldə əks olunub.
Yeddi ölkə Əməkdaşlıq Bəyannaməsi üzrə öhdəliklərin tam yerinə yetirilməsinə kollektiv sadiqliklərini bir daha vurğulayıblar.
OPEC+ formatında təmsil olunan 7 ölkə bazardakı vəziyyəti qiymətləndirmək məqsədilə aylıq görüşləri davam etdirəcəklər. Növbəti görüşün noyabrın 29-da keçirilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 01 Noyabr 2026 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















