Tahir Baxşıyev “Komandam bütün görüş ərzində sabit oyun nümayiş etdirməyə hazır deyil”
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Basketbol Liqasının beşinci turunda “Gəncə”yə 80:100 hesabı ilə məğlub olan NTD basketbol komandasının baş məşqçisi Tahir Baxşıyev qarşılaşmanı dəyərləndirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis məğlubiyyətin əsas səbəbini komandasının yol verdiyi səhvlərlə əlaqələndirib.
“Oyuna yaxşı başladıq. İlk iki periodda çox az, cəmi beş səhvə yol verdik. Lakin üçüncü və dördüncü periodlarda səhvlərimizin sayı xeyli artdı. Ümumilikdə 15 səhv etdik. Məğlubiyyətin əsas səbəbini məhz bunda görürəm”, - deyə Baxşıyev bildirib.
Baş məşqçi komandasının hələ bütün görüş ərzində sabit oyun nümayiş etdirməyə hazır olmadığını vurğulayıb.
“İlk iki periodu yaxşı keçirdik. Ancaq görünür, hələ dörd periodun hamısında eyni səviyyədə oynamağa hazır deyilik”, - deyə mütəxəssis əlavə edib.
Qeyd edək ki, NTD ardıcıl beşinci məğlubiyyətini alıb və cari mövsümdə qələbə qazanmayan yeganə komanda olaraq qalır.
Baxış sayı:137
Bu xəbər 01 Noyabr 2026 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















