ABŞ Yaxın Şərqdəki hərbçilərinin sayını artırıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 7 may, AZƏRTAC
Fevral ayından bəri ABŞ İranla münaqişə fonunda Yaxın Şərqdə yerləşən bazalardakı hərbçilərinin sayını təxminən 10 min nəfər artıraraq 50 minə çatdırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrinə istinadla məlumat yayıb. Qəzetin məlumatına görə, ABŞ-nin İrana qarşı hərbi əməliyyatından əvvəl Yaxın Şərq regionunda - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İraq, İordaniya, Qətər, Küveyt və Bəhreyndəki bazalarda təxminən 40 min Amerika əsgəri yerləşdirilmişdi. Hazırda isə regiondakı ABŞ hərbçilərinin sayı 50 mini keçib.
Qəzet qeyd edir ki, Yaxın Şərqdəki bütün hərbi kontingent tam döyüş hazırlığı vəziyyətindədir. Bu arada, Ağ Ev İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırlığı ilə bağlı ziddiyyətli siqnallar göndərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 07 May 2026 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















