ABŞ Yaxın Şərqdəki hərbi bazalarında qoşunlarının sayını azaldır
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Pentaqon regional təhdidlərin artması səbəbindən Yaxın Şərqdəki hərbi bazalarında ABŞ qoşunlarının sayını azaldır.
Yeniavaz.com “CBS News”a istinadən xəbər verir ki, Yəməndə münaqişənin şiddətlənməsi və İrandan gələn birbaşa təhdidlər ABŞ ordusunun regiondakı mövcudluğunun gizli şəkildə azaldılmasına səbəb olub.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü kapitan Tim Hokins “CBS News”a açıqlamasında bildirib ki, ABŞ hərbçiləri missiyaya hazırlıq səviyyəsini optimallaşdırmaq məqsədilə qoşun və avadanlıqların yerini mütəmadi olaraq dəyişir.
O, əməliyyat təhlükəsizliyi səbəbindən bu hərəkətlərin təfərrüatlarının açıqlanmadığını qeyd edib.
Telekanalın məlumatına görə, bir sıra husi hücumlarından sonra ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanındakı səfirliyin vacib olmayan əməkdaşlarına və onların ailə üzvlərinə ölkəni tərk etməyi tapşırıb.
Bu mövzuda digər xəbərlər:ABŞ İranla müqavilədən sonra Yaxın Şərqdəki qoşunlarının sayını azaldacaq
16 İyun 2026 19:25
ABŞ Yaxın Şərqdəki hərbçilərinin sayını artırıb
07 May 2026 15:19
İran: Ordu ABŞ qoşunlarının Yaxın Şərqdəki hərəkətlərini diqqətlə izləyir
26 Yanvar 2026 14:47
Pentaqon ABŞ qoşunlarının Yaxın Şərqdəki bazalarından çıxarılmasına icazə verib
30 May 2026 20:36
ABŞ Yaxın Şərqdəki hərbi gücünü artırır
15 Yanvar 2026 04:22
Baxış sayı:140
Bu xəbər 22 Oktyabr 2026 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















