Icma.az
close
up
RU
ABŞ Yaxın Şərqi yenidən dizayn etmək istəyir ŞƏRH

ABŞ Yaxın Şərqi yenidən dizayn etmək istəyir ŞƏRH

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"ABŞ-nin İsrail-Qəzza sərhəd bölgəsində hərbi baza yaratmağa çalışması geosiyasi və geostrateji hədəflərdən qaynaqlanır. Yaxın Şərq ABŞ üçün olduqca önəmli strateji regionlardan biridir. Ağ Ev bu regionda ABŞ-nin nəzarət mexanizmlərinin genişləndirilməsində birbaşa maraqlıdır. Hazırda ABŞ İsraili bu bölgədə maksimum səviyyədə dəstəkləməyə çalışır və İsrail üzərindən Yaxın Şərqdəki nəzarət mexanizmlərini, təsir dairəsini qoruyub saxlamağa çalışır".

Bu fikirləri Redaktor.az-a politoloq Elçin Xalidbəyli ABŞ İsrail-Qəzza sərhədi yaxınlığında hərbi baza tikməyi planlaşdırmasından danışarkən bildirdi.

"Son vaxtlar ABŞ Suriyadan çıxmaq qərarı verdiyini bəyan edib və Amerika hərbi bazaları tədricən Suriya ərazisindən çıxarılır. Onların bir hissəsi isə İraq ərazisində yerləşdirilir. Təbii ki, bu, Suriyada yaranmış yeni situasiya, Türkiyənin regional liderliyinin ön plana keçməsi və Suriyada təsir dairəsinin qarşısıalınmaz səviyyəyə çatması ilə bağlıdır. Amerika indiki situasiyada Türkiyə ilə münasibətlərin korlanmasında qətiyyən maraqlı deyil. Ona görə də Türkiyənin maraqlarına uyğun olaraq ABŞ öz hərbi bazalarını Suriyadan çıxarır", - deyə o, qeyd etdi.

Politoloqun sözlərinə görə, Amerika Yaxın Şərqdən getmək niyyətində deyil, sadəcə öz hərbi bazalarının dislokasiya məkanını dəyişdirmək taktikasını seçib:

"Böyük ehtimalla Suriyadan və eyni zamanda İraqdan çıxarılacaq hərbi bazaların, hərbi kontingentin bir hissəsi məhz İsrail-Qəzza sərhəd bölgəsində yerləşdirilə bilər. Bu da Amerikaya Yaxın Şərqdə daha ciddi təsir mexanizmləri verə bilər. Çünki məhz Fələstin böhranı hazırda Yaxın Şərqin əsas problemi hesab olunur və bu problemin mövcud olduğu məkanda Amerikanın yerləşməsi, həmçinin bütövlükdə Yaxın Şərq üzərində aparılan yeni əməliyyatların birbaşa Ağ Evdən idarə olunması üçün daha geniş imkanlar açar. Bu da o deməkdir ki, ABŞ Yaxın Şərqin yenidən dizayn olunması prosesini artıq həlledici mərhələyə keçirmək üzrədir".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Noyabr 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri