ABŞda “Listeria” həyəcanı: Bir körpə ölüb, 9 nəfər xəstəxanaya yerləşdirilib
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) bir körpənin “listeriya” bakteriyası səbəbindən öldüyünü açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, açıqlamada Kaliforniya, Nyu-York, İllinoys və Nyu Cersidə ümumilikdə 11 hadisənin qeydə alındığı bildirilib.
CDC, bakteriyaların “Yu-Shang Food” adlı markanın delikates məhsullarından ötürülməsi ilə bağlı araşdırmaların davam etdiyini bildirib.
Listeria bakteriyası qida infeksiyalarına səbəb ola bilən bakteriya növüdür. Ən çox yayılmış növü Listeria monocytogenesdir. Bu bakteriya tez-tez süd məhsulları, çiy ət və işlənmiş ət kimi qidalarda tapıla bilər. Listeriozun səbəb olduğu infeksiya Listerioz kimi tanınır.
Xüsusilə immuniteti zəif olan insanlar, hamilə qadınlar, yaşlılar və körpələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər . Hamilə qadınlarda bu infeksiya aşağı düşməyə, vaxtından əvvəl doğuşa və ya körpədə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Orxan Saffari
Baxış sayı:86
Bu xəbər 23 Noyabr 2024 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















